Qadınların həyatdan istədikləri...

Şərhlər: 9
Baxılıb: 1 996
Səs ver:
(səs: 3)
Qadınların həyatdan istədikləri...
Qadın bir yerdə yaşamaq, hər çətinliyə bir yerdə sinə gərmək üçün həyatını bağladığı yoldaşından ilk növbədə sədaqət istəyir.
Bir qadın yoxsulluga dözə bilər. Xəstəliklərə, çətinliklərə sinə gərə bilər, ancaq inanın, onun zərif ruhu həyat yoldaşının həyatındakı ikinci bir qadın olmaq bir tərəfə dursun, onun sevdiyi insana dikilən  iki cüt gözünvarlığına belə  dözə bilməz. Və bu zərif məxluq haradasa duyğulardan ibarət yaradıldığı üçün nə alçaldılmağa, nə də incildilməyə razı  olar. Bir cüt göz xatirinə min çiləyə sinə gərsə də, bir cüt sözün acısı ilə günlərlə göz yaşı tökə bilər...                                                                                                                                                                                                                                                                                                           
Qadin xatirlanmaq istəyər. Ozu əlamətdar gunleri unutmadıgı  kimi, bu gunlərdə unudulmaq da istəməz. Həyat yoldaşından aldıgı qoncə bir gül də olsa, ən cox istədiyi onun gözlərindəki sevgi olar.
Qadın gözəlliyinin dilə gətirilməsini istəyər. Dünya gözəli olmadığını bilər, ancaq dünya gözəli kimi diqqət və qayğı gözləyər. Iltifatlardan xoşlanar, ən kiçik dəyişiklərin  belə hiss olunmasını sevər.
Sevgini sevər, sevməkdən bezməz. Və inanın, istədiyi sevgini tapsa, bir qadın bir anda mələyə, xeyirxahlıq  pərisinə, ya da insanüstü bir varlığa çevrilər.
Bir də görərsiniz ana olar, min bir əzabla dünyaya gətirdiyi körpəsinin hər əziyyətinə sevərək, gülərək qatlanar. Bir də görərsiniz  tibb bacisi kimi səhərə qədər gözünü qırpmadan növbə gözləyər, xəstələnən yoldaşının, övladının başı üzərində. Bir də görərsiniz müəllimədir,  qələm tutdurar, yazı yazdırar ciyərparasına. Əxlaq dərsi verər, övladının üzüağ, alnıaçıq bir insan  kimi yetişməsi üçün bəzən çatilar qaşları. Bəzən sınar qəlbi, ancaq yenə də enməz səmalara dua üçün qalxan əlləri…
Bir də görərsiniz aşpazdır, bir də görərsiniz dərzidir  Ev süpürərkən,  yer silərkən görənlər onun bu qədər ülvi  hisslərlə  dolu olduğuna inana bilməzlər. 
Qəlbində qaynatdıgı  "sevgi qazanı”  ilə hər işin mahir ustası olar…
Ancaq  könlündəki sevgini əks etdirəcəyi bir könül tapmasa, qabiliyyətləri korlaşar, gözəl üzü solar, qol-qanadı qırıq, yolunu itirmiş bir quşa  çevrilər.
Xanımı ilə gözəl davranan, onun sevgisinə bir dəstə nərgiz çiçəyi ilə sahib olan kişilərin nə qədər sərfli bir aliş-veriş etdiyini gürdünüzmü? 
Səadət uzaqda deyil. Yetər ki, siz ona sahib olmaq istəyin...
 
Siz həyatdan nə gozləyirsiniz?
Gözlədiyinizi ala bilirsinizmi?
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 1 996
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri