Qısqanc xanımlara məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 950
Səs ver:
(səs: 4)
Qısqanclıq elə hissdir ki, yalnız qısqanan adam deyil, həm də qısqanılan adama əziyyət verir. Hər münasibət və hətta nikah daimi qısqanclığa və onunla bağlı olan incikliklərə və qalmaqallara dözə bilmir. Əgər siz hiss edirsinizsə ki, sizin qısqanclığınıza görə həyat dözülməz olur, münasibətlər isə sürətlə sona doğru yaxınlaşır, bu zaman təcili olaraq bu hissdən qurtulmaq lazımdır.

Sizin partnyorunuzun azad bir şəxs olduğunu anlayın
Bir halda ki, sizin sevdiyiniz adam və ya yoldaşınız nə də olsa, sizin mülkiyyətiniz deyil və sosial mühitdə yaşayır, o öz şəxsi sahəsinin olması hüququna malikdir. Onların sizin bilmədiyiniz dostları və ya tanışları və sizin iştirakınız olmadan həll ediləsi işləri ola bilər. Onu güdmək və daim sorğu suala tutmaq axmaqlıqdır, çünki belə olduğu halda siz onu özünüzdən uzaqlaşdıracaqsınız. Ona azadlığın minimumunu verin ki, eşq münasibətləri ağır qandallara çevrilməsin.
 
Qısqanclıq üçün səbəb axtarmayın
Ümumiyyətlə qısqanclıq etibarsızlıqdır. Qısqanlığa heç bir səbəb olmadıqda özünüzü ələ alın və müxtəlif səbəblər fikirləşməyin.
 
Özünüzə qiyməti artırın
Əgər siz sevgilinizin hansısa bir başqa qadına fikir verəcəyini güman edirsinizsə, bu zaman siz özünüz haqqında aşağı fikirdəsiniz. Siz gözəl və ağıllı olduğunuzdan, sizinlə ünsiyyət saxlamağın maraqlı olduğundan əmin olduğunuz zaman siz artıq qısqanmayacaqsınız. Bunun üçün özünüzə qulluq edin, inkişaf edin, özünüzə və sizi əhatə edənlərə maraqlı olun.
 
Pozitivə köklənin
Sizin beyninizdə daim kədərli fikirlər olduğu vaxt sadəcə neqativi pozitivə transformasiya edin. Kədərli fikirləri pozitiv fikirlərlə əvəz edin.
 
Özünüzü reallaşdırın
Unutmayın ki, siz də həmçinin ayrı şəxsiyyətsiniz. Özünüzü elə məşğul edin ki, sizin xəyanət haqqında ağır fikirlərlə televizorun qarşısında mənasız oturmağa vaxtınız qalmasın.
 
Keçmiş münasibətlərə qısqanmayın
Həm sizin, həm də sevdiyiniz insanın sizdən əvvəl olan şəxsi həyatı var. Onu keçmiş rəfiqələrinə qısqanmaq lazım deyil, çünki onlar həqiqətən də keçmişdə qalıb.
 
Onun sevimli işinin olması əladır
Onu öz işinə qısqanmaq ən axmaq məşğuliyyətdir. Onun üçün işin öz sevdiyi qadınla ləyaqətli həyatı təmin etmək bir üsulu olduğunu düşünün.
Əks cinsin nümayəndələri ilə dostluq qısqanclıq üçün səbəb deyil
Əgər onun qadın dostları varsa, bu normaldır. Öz qısqanclığınızla siz əksinə, onu dostluq münasibətlərinə başqa gözlərlə baxmağa, maraq doğurmağa məcbur edə bilərsiniz.
 
İnsanın dostları olmalıdır
Kişini dostlarına qısqanmaq və ona görə əsəbiləşmək axmaqlıqdır. Sizin sevginizin nə qədər güclü olmağından asılı olmayaraq, bir-birinizə bağlılığı hiss etmək üçün bəzən müəyyən vaxt ayrı qalmaq lazım olur.
(səs: 4)
Şərhlər: 12
Baxılıb: 3 950
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri