Çantanızı bədən quruluşunuza görə seçin!

Müəllif: Melek5
Şərhlər: 4
Baxılıb: 2 372
Səs ver:
(səs: 2)
Tərzi ilə yaddaşlarda qalmaq istəyən hər bir xanım ən önəmli aksessuarın çanta olduğunu bilir.

Çantanı isə ilin trendlərinə görə yox, bədən quruluşuna uyğun seçmək lazımdır.

Qadınlar.Biz bədən tipinə uyğun çanta seçməyin qaydalarını təqdim edir:

*Kök xanımlar enli, geniş çantalar seçməlidir.
Çantanız iri və kvadrat formada olmalıdır. Kiçik çantalar sizi olduğunuzdan daha kök göstərə bilər. Odur ki, kiçik çantalardan vaz keçin.

*Xırda sümüklü, incə qadınlar isə kiçik çantalardan istifadə etməlidir. Böyük çantalarla şıq görünməyiniz mümkün deyil. Klatçlar, çiyindən asılan çantalar sizin üçün idealdır.

*Armud şəklində bədənə sahibsinizsə, yəni bədəninizin üst tərəfi incə, alt tərəfi isə kökdürsə, çanta seçərkən diqqətli olmalısınız. Çünki bu halda diqqəti bədənin üst hissəsinə çəkməlisiniz. Bunun üçün qısa qulplu çantalardan, qoltuqaltında daşıya biləcəyiniz düz klatçlardan istifadə edə bilərsiniz.

*Döşləriniz iri, belinizin alt hissəsi arıqdırsa, bu zaman əldə daşınan çantalara üstünlük verməlisiniz.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 372
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri