Qısa çəkmələr necə geyinilir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 928
Səs ver:
(səs: 4)
Qısa çəkmə modelləri 2015-2016 sezonunun yeni trendlərindən biridir. Payız və qış aylarının sevimlisi olan bu çəkmələr nə ilə və necə geyinilir? Qaydaları Qadinlar.bizin bu yazısından öyrənin.

Biləkdən olan çəkmələrin daha çox geyinildiyi parçalardan biri taytlardır. Əgər ayağınız qısadırsa, geydiyiniz tayt rəngində çəkmə geyinin. Taytı çəkmənin içinə salın. Əgər taytın ayağı çəkmənin içinə girəcək şəkildə uzun deyilsə, mütləq həmin rəngdə corab geyinin.
Qış aylarında dizüstü corablar, midi ətəklər və qısa çəkmələr geyinə bilərsiniz. Çəkmənin içindən çıxan uzun corablar dəbdədir.

Qısa çəkmələr dar cinslərlə necə geyinilməlidir? Dar şalvarların ayağı çəkmənin içinə salınmalıdır, ya yuxarı qatlanmalı? İlk əvvəl çəkmənin bilək qisminin biləyə tam oturub oturmadığına diqqət edin. Əgər biləkləriniz qalındırsa və boyunuz balacadırsa, onda biləyə tam yapışmayan çəkmə geyinin. Əsasən də bilək qismi V şəkilli çəkmələr geyinin. Dar ayaqlı şalvarı çəkmə ilə geyinmək üçün iki yol var. Birincisi, şalvarın ayağını çəkmə başlayan yerdən kəsdirmək, ya da şalvarın ayağını yuxarıya doğru qatlamaq.
Şalvarın ayağını çox geniş bir şəkildə qatlasanız, boyunuz olduqca qısa görünər. Qalın qatlamaq da qalın göstərər. Şalvarı qatlayarkən dəriniz azacıq görünəcək şəkildə qatlayın.

Qısa çəkmələri geyinə biləcəyiniz ən uyğun parçalardan biri də don və ətəklərdir. Boyunuzu qısa göstərməsin deyə corab və çəkmə rəngini eyni seçin.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 4 928
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri