2016-cı ilin əsas dəb tendensiyaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 712
Səs ver:
(səs: 1)
Yeni ilin gəlişi ilə modabazlar 2016-cı ilin trendləri ilə yaxından maraqlanmağa başlayır.

"Görəsən, bu il nələr trend olacaq?” sualı sizi də düşündürürsə, alış-verişə çıxmazdan qabaq bizim yazı ilə tanış olun. 
 
Dəb trendləri arasında idman ayaqqabıları, zoğalı  və mavi rənglərin, həmçinin, kəmər çantaların  da adı çəkilir. Ancaq bu hələ hamısı deyil. Gəlin, 2016-cı ildə trend olmağa hazırlaşan geyimlərin siyahısını birlikdə nəzərdən keçirək.
 
Nənə eynəkləri
Çox vaxt məktəbdə böyük eynək taxan uşaqlara gülürdülər, indi isə bu aksessuarı taxmaq ayıb sayılmır. Dünyanın hər yerində bütün modapərəstlər kitabxanaçı nənələrə oxşamağa can atır. Tanınmış model və stil ikonası Kendal Jenner,  dəb bloqqeri Sonya Esman və digər məşhurlar "Gucci”-nin böyük çərçivəli eynəklərini böyük həvəslə taxır.
 
Kiçik daban
Bu il qadınlar gözəllik naminə hündürdaban ayaqqabılarda əziyyət çəkməli olmayacaq. Bir çox moda evi yaz-yay kolleksiyalarında kiçik dabanlı ayaqqabılara böyük yer ayırıb. Dizaynerlər bununla sübut etmək istəyiblər ki, zərif cinsin nümayəndələri hündürdaban ayaqqabı geyinmədən də şıq görünə bilər.
 
Bantlar
2016-cı ilin ən iddialı trendi bantlardır. Bu il bantlar ayaqqabılarda, çantalarda, beldə, saçlarda, bir sözlə, hər yerdə qarşımıza çıxacaq. Mühafizəkarlar və romantiklər üçün ən optimal variant qalstuk şəklində  nazik şərflər olacaq. Hətta Ancelina Colinin "Mavi sahil” filmindəki obrazı romantikadan uzaq olan xanımları da  ruhlandıracaq. 
 
Xalta boyunluq dəbi: qara lentlər
Xalta boyunbağılar bu il populyarlığın zirvəsində olacaq. Şəhərdə boğazına qara lent bağlayan qızlar görsəniz, təəccüblənməyin. Çünki modanı təqib edən qızlar bu elementin trend olduğunu yaxşı bilir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 712
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri