Gözlər «qəlbin güzgüsüdür», «beynin bayıra açılmış pəncərəsidir». Gözlərin quruluşu, rəngi, vəziyyəti xüsusi əlamət daşıyıcısıdır. Gözlərə, göz ətrafına baxanda bir-birini daha yaxından tanımaq olar. Beləliklə, bir insana daha yaxından bələd olmaq istəyirsənsə, gözlərin əlamətləri ilə tanış ol:
Gözün üst qapağında sağ tərəfdən səyrimə pislik düşəcəyindən xəbər verir. Gözün üst qapağında sol tərəfdən səyrimə yaxşılığa işarədir. Göz bəbəyi sağının səyriməsi kədərə, solunun səyriməsi isə sevincə dəlalət edir. Gözün alt qapağında sağın səyriməsi kədər və hiddətə, solun səyriməsi isə sevinməyə əlamətdir.
Gözlər arasındakı məsafə qısadırsa — aqressiv, tərs, az şeylə maraqlanan hissi və zəkası kəskin adamdan xəbər verir. Bədənin ortasındakı üzvlər: qara ciyər, mədəaltı vəzi, dalaq və böyrəklər heyvan mənşəli qidalarından çox qəbul edilməsindən əziyyət çəkə bilər. Gözlər arasındakı məsafə genişdirsə — qətiyyətsiz, astagəl, yumşaq xasiyyətli adam göz önündə canlanır. Şəkər, mayelər, tropik bitkilər, ətirli, həyəcanlandıran, stimullaşdıran qida və içkilər deyilən əzalara əziyyət verə bilər.
Gözətrafı dərinin rəngi hər gün dəyişirsə — bu, zəka və fiziki durumla əlaqədardır. Aydın, təbii rəng — yaxşı durumdan xəbər verir. Tündləşibsə, böyrəklərin büzüşməsinə, böyrəküstü vəzi hormonlarının azalmasına əlamətdir. Çoxlu duzlu quru və qızarmış qida qəbulundan, şirniyyatdan istifadədən xəbər verir. Uzunmüddətli cinsi yaxınlıqdan, böyrək zəifliyindən əlamətdir. Yumurtalıqlar və yumurtalarda maddələr mübadiləsinin ləngiməsi kimi də anlaşılır. Qırmızı rəng — ürək və qan dövranın gərgin çalışmasından xəbər verir. Bu həm də əsəb sistemi ilə bağlı ola bilər. Qırmızı rəngə aybaşının ləngiməsi, bir sözlə, həyəcan və əsəb pozğunluğu əsas səbəbdir.
Tünd qırmızı rəngin yaranması — kimyəvi preparatların, narkotik vasitələrin bəzi şəkərli içkilərin qəbulu səbəb ola bilər. Onlar hallutsinasiyadan əziyyət çəkir, əl və ayaq barmaqlarında soyuq hiss olunur.
Sarı rəng — qara ciyər və öd kisəsi gərginliklə işləyəndə yaranır, çoxlu pendir, başqa süd məhsulları, yeraltı yumru tərəvəzi çox qəbul etməkdən əmələ gəlir.
Boz rəng — böyrək, bəzən ağ ciyərin yaxşı işləməsindən, maddələr mübadiləsinin ləngiməsindən törəyir. Endokrin və limfatik sistemin fəsadından xəbər verir. Tənəffüs etdiyimiz havanın təmiz olmaması da buna səbəb ola bilər.
Bu gözlər, gülən gözlər,
Həyatı, duyan gözlər.
Necə də şirin gəlir,
Şənlənir, şənləndirir.
Bu gözlər, gülən gözlər,
Gözlərdən fərqli gözlər.
Mələk kimi cəlb edir,
İnsanı gülən gözlər.
Bu gözlər, gülən gözlər,
Yuxunu duyan gözlər.
Röyamda səni gördüm,
Yaşadır duyan gözlər.