Bir qadına ancaq kişi dostunun deyə biləcəyi 10 şey

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2698
Səs ver:
(səs: 3)
Qadınlarla kişilərin dost olmağının mümkün və ya qeyri-mümkün olması barədə hər dövrdə sonsuz mübahisələr olub. Mütləq bu fikrə qarşı çıxan bir və ya bir neçə insan sizin də ətrafınızda var. Bütün bunlara baxmayaraq, illərcə dost olmağı bacaran, bir-birinə sadiq olan qadin və kişi dostluqları da bizə tanışdır. Bu gün məhz belə insanlardan danışacağıq. Qadınlar bir-birini daha yaxşı başa düşə, söhbətləri daha yaxşı alına bilər, lakin bəzi şeylər var ki, onlara ancaq kişi dostları deyə və düzgün yol göstərə bilər.
Sizə bu cür məqamlardan 10 ən önəmlisini təqdim edir:
1. Sizə yaxınlaşan hər hansı bir əks cins nümayəndəsinin niyyətinin nə olduğunu, hərəkətlərinin nə mənaya gəldiyini ən doğru şəkildə şərh edir.

2. Təbii ki, kişilərlə bağlı yaşadığınız hər hansı bir problemdə ən doğru məsləhətləri verən o olacaqdır.

3. Sevgilinizlə münasibətinizdə olan səhvləri açıq-aydın üzünüzə vurmaqdan çəkinməyəcək şəxsdir.

4. Ayaqlarınız yerdən kəsildikdə, xəyallarda çox uzaqlara uçduqda sizi reallığa qaytaracaq obyektiv insandır.

5. Ən yaxın oğlan dostunuz sizə boş ümidlər vermir, dünyanı çəhrayı eynəklərlə izləməyinizin qarşısını alır.

6. Siz özünüzü yaxşı hiss edəsiniz deyə, yalan demək onun işi deyil. Məsələn, bərbad selfie çəkmisinizsə, bunu sizə mütləq deyəcəkdir.

7. Çəkinizdə artıqlar olduqda, bunun yalan və uydurma olduğunu deməz. Sizinlə razılaşır və doğru yola istiqamətləndirir.

8. Rəfiqələriniz sizinlə daima empatiya qurmağa nail olduqları üçün, verdikləri cavablar da ümumilikdə məhz sizin istədiyiniz cavablar olur. Əsl bilməli olduğunuz şeyləri isə sizə məhz kişi dostlarınız deyir.

9. Ən yaxın dostunuz sizin səhv yönə istiqamətləndirmir, özünü sizin yerinizə qoyaraq, öz qəzəbini, əsəbini, qısqanclığını sizə yükləməyə çalışmır.

10. Geyindiyiniz geyim sizə yaraşmırsa, bunu çox pis göründüyünü demək cəsarətinə də anvaq ən yaxın oğlan dostunuz sahib olacaq.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 2698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri