Dəbli və darıxdırıcı olmayan 5 ofis obrazı

Şərhlər: 5
Baxılıb: 3 570
Səs ver:
(səs: 1)
Sizin ofisdə "dress-code” olmağına baxmayaraq eyni zamanda dəbli görünmək və sıxıcı geyimlərdən canınızı qurtarmaq istəyirsiniz? Elə isə qara qələm ətək və ağ köynəkləri tərk etməyin vaxtıdır. Xüsusilə sizin üçün yaz-yay iş günlərində rahatlıqla geyinə biləcəyiniz və dəbli olmağınız üçün bir neçə obraz fikirləri paylaşırıq.
Parlaq ofis pencəyi

Sıxıcı qara və ya boz pencəkləriniz qoyun elə şkafında gözündə asılı qalsın! Fikrinizi parlaq rənglərin üzərində cəmləyin: sarı, göy və ya giləmeyvə çalarları yaxşı seçim ola bilər. Və ya pastel çalarlara üstünlük verə bilərsiniz: mavi, vanil və lavanda zərif görüntü bəxş edər.

İş tərzində köynək və ya bluz

Ağ köynək və ya bluz ofis qarderobunun ayrılmaz hissəsidir. Amma bəzən fərqli və yenilik axtarırıq. Bu zaman printlər ağla gələn ilk çıxış yolu olur. Bluzun üzərində kiçik noxudlar, parlaq çalarlar və əyləncəli printlər ürəkaçan təsir bağışlamaqla sizi sıxıcı ofis tərzindən azad edə bilər.

Ofis üçün şalvarlar

Ofis üçün şalvarlar təkcə klassikadan ibarət deyil. Bəzən standartdan kənara çıxıb canlı nələrsə yaratmaq olar. Məsələn, klassik ofis şalvarlarını ayağı qısa və ya enli olan şalvarlarla əvəz etmək olar. Siz bir dənə qeyri-adi printləri olan universal qara şalvar seçib onu istədiyiniz kimi dəstləşdirə bilərsiniz. Bu il "culottes” şalvarlar daha çox aktualdır.

Ofis ayaqqabınızı necə seçməlisiniz?

Hündürlükdən enin! Razılaşın ki, nazik, hündür dabanları bütün gün boyu gəzdirmək heç də rahat deyil. Hər yerə geyinə biləcəyiniz dəbli, şıq və rahat ayaqqabı seçməlisiniz. Şalvarlı kostyumla rahatlıqla dəstləşdirə biləcəyiniz ağ idman ayaqqabısı seçin, donlar və ətəklərlə kombinləyə biləcəyiniz oxfordlara üstünlük verin, retro tərzini tamamlaya bilən sivri pəncəli baletkalar da ofis obrazınızın ayrılmaz hissəsi ola bilər.

Ofis üçün qeyri-adi ətəklər

Standart ofis ətəyiniz olan qələm ətəyə yeni ideyalar qatmaq vaxtı gəlib çatıb. Asimmetrik kəsimlər, valanlar, qeyri-adi material, misal üçün eko-dəri bu ideyalar arasında ola bilər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri