Məzuniyyətə hazırlıq: Qadınların 9 mühüm sirri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 024
Səs ver:
(səs: 0)
Dənizə getməyə hazırlaşarkən ucuz aviabilet almaq və məzuniyyətdən öncə olan işlərin siyahısını yoxlamaq kifayət etmir. Məzuniyyətdən rəngsiz və cansız saçlar, qırışlar və nahamar bədən rəngi ilə qayıtmamaq üçün özünüzü də məzuniyyətə hazırlamalısınız. Sizə təqdim edəcəyimiz 10 sadə prosedur xoşagəlməz sürprizlərdən qaçmağa imkan verəcək.

Saçlarınızı kəsdirin.

Əgər saçınızı kəsdirməyə qərar verdinizsə, bu zaman gündəlik qulluq tələb etməyən saç formasını seçməyə üstünlük verin.

Saçlarınızı boyayın.

Əgər siz saçlarınızı boyamaq istəyirsinizsə, bu zaman bu proseduru dəniz səfərindən təxminən iki həftə öncə edin. Bu halda saç rənginiz daha da möhkəmlənəcək, günəşin şüaları altında elə də yanmayacaq və dəniz suyu saçınızın rəngini aparmayacaq.

Manikür və pedikür edin.

Bu prosedurları səyyahətdən təxminən bir həftə əvvəl keçirməyi tövsiyə edirik. Manikür ustanıza məzuniyyətə gedəcəyinizi söyləsəniz o dırnaqlarınıza ultrabənövşəyi şüalardan qoruyan boya çəkəcək. Səyahət zamanı dırnaq qaynağından da imtina etmək yaxşı olar, çünki dırnağınız “sındığı” halda kurortda manikür ustası axtarmalı olacaqsınız.

Üzünüzü və bədəninizi nəmləndirin.

Dərinizin hamar qaralması və gözəl görünməsi üçün, onu əvvəlcədən hazırlamaq lazımdır. Dərinizin nəmlənmiş, təmiz və hamar olması üçün kremlər, maskalar və skrablardan istifadə edin. Qıcıqlanma yarada bilən prosedurlardan, o cümlədən kimyəvi piling prosedurundan da imtina edin (pilingdən sonra 1-3 ay ərzində qaralmaq olmaz).

Solyariyə gedin.

Əgər məzuniyyətdə vaxtınızın bir çox hissəsini dənizdə keçirəcəksinizsə, bu zaman heç olmasa 5-7 prosedur solyariya baş çəkməyə çalışın. Bu prosedurlar dərinizi günəş şüalarına hazırlayacaq ki, bu da sizə hamar qaralmış dəriyə sahib olmağa, həm də ilk günlərdə günəşin altında yanmamağa kömək edəcək.

Kosmetik vasitələri test edin.

Əgər kosmetik vasitəni ilk dəfə istifadə edəcəksinizsə, bu zaman onu allergiyaya qarşı əvvəlcədən sınaqdan keçirin ki, məzuniyyətdə xoşagəlməz sürprizlərlə qarşılaşmayasınız.

Epilyasiya edin.

Proseduru məzuniyyətdən bir neçə gün öncə etmək lazımdır. Məsələn lazer epilyasiyası üçün 2-3 həftə vaxt lazımdır ki, dəri prosedurdan sonra bərpa edilsin. İstənilən halda, dəriniz üçün optimal müddət müəyyən edə və qulluq maskalarını məsləhət görə biləcək usta ilə məsləhətləşmək lazımdır.

Bədən formanızı korreksiya edin.

Ən sadə pəhriz – rasiona daha çox meyvə-tərəvəz əlavə etmək, ət, şirniyyat və un məmulatlarının sayını azaltmaqdır. Konfet və bulkulardansa, quru meyvələrlərdən, ətin əvəzinə isə balıqdan istifadə edin, çünki balıq dərinin və saçın vəziyyətini yaxşılaşdırır.

Stomatoloqa baş çəkin.

Diş həkiminə məzuniyyətdən 2-3 həftə əvvəl baş çəkin, çünki əgər dişlərinizdə hətta ən kiçik iltihab varsa, o yeni bakteriyalar və mikroorqanizmlərlə təmas zamanı güclənə bilər (məsələn dənizdə olan bakteriyalarla təmas zamanı). Yola düşməzdən 1-2 gün əvvəl dişləri müalicə etmək və ya diş çəkdirmək olduqca arzu olunmayan prosedurlardandır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 024
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri