Azərbaycan Dahiləri: Sultan Məhəmməd

Şərhlər: 1
Baxılıb: 9890
Səs ver:
(səs: 4)
XV əsrin sonu - XVI əsrin əvvəli Azərbaycan xalqının iqtisadi-siyasi və mədəni həyatında yeni yüksəliş dövrü olmuşdur. Şah I İsmayıl və onun oğlu şah I Təhmasibin səyləri ilə Təbrizdə şah kitabxanası nəzdində məşhur xəttat və rəssamlar toplanır. Onların fəaliyyəti çox-çox əvvəldən başlamış bədii ənənəni davam etdirir və Təbriz miniatür məktəbinin yaranmasına səbəb olur. XVI-XVII əsrlərdə təsviri sənətin ən geniş yayılmış, yüksək inkişaf etmiş növünü kitab miniatürü təşkil edirdi. Elmi ədəbiyyatda “Səfəvi məktəbi”, “Təhmasib məktəbi”, çox zaman isə “Sultan Məhəmməd məktəbi” adlandırılan bu üslubun inkişafında dövrünün ən görkəmli ustad sənətkarı olan Sultan Məhəmmədin yaradıcılığının müstəsna əhəmiyyəti olmuşdur.

Digər qədim və orta əsr rəssamları kimi, Sultan Məhəmmədin də həyat və yaradıcılığının ilk çağları haqqında ətraflı məlumat verən mənbə yoxdur. Müxtəlif salnaməçilər və təzkirəçilərin qeydləri, üstəlik, rəssamın dövrümüzə qədər gəlib çatmış əsərləri bu böyük sənətkarın yaradıcılığını işıqlandırmağa imkan verir. Ehtimal ki, əslən Təbrizdən olan rəssam XVI əsrin ortalarında artıq tanınmışdır; misal üçün: dövrün sənət tarixçisi və rəssamı Dust Məhəmməd onun çəkdiyi miniatürlərin tayı-bərabəri olmadığını qeyd edir, Budaq Qəzvini və Qazi Məhəmməd isə onun "qızılbaşlara aid xüsusiyyətləri hamıdan yaxşı təsvir etdiyini" göstərir.

Nizami Gəncəvinin "Xəmsə"sinin 1524-cü il əlyazmasına və Nəvainin divanının əlyazmasına 1527-ci ildə çəkilmiş miniatürlər rəssamın sənət ustalığının inkişaf etməsindən xəbər verir. Obrazların həlli, kompozisiyanın mürəkkəbliyi, insan və heyvan fiqurlarının canlı, ifadəli və dinamik təsviri bu əsərlərin

püxtələşmiş qabil bir sənətkar tərəfindən çəkildiyini sübut edir. Hal-hazırda adıçəkilən əlyazmalar müvafiq olaraq Nyu-Yorkun Metropoliten muzeyində və

Parisin Milli kitabxanasında qorunur.

Sultan Məhəmmədin təxminən 1535-ci ildə Hafizin divanına çəkdiyi miniatürlərdə adi insanların həyat tərzi ilə bərabər, saray əyanlarının həyat tərzi də təsvir edilib. Dövrün tarixçisi İsgəndər Münşi isə rəssamın "öz nəcib sənətinin

zirvəsinə çatması və ecazkar fırçalarının zərifliyi ilə bütün dünyada şöhrət qazanması"nı fəxrlə qeyd edirdi.

Ona görə də Sultan Məhəmmədin XVI əsrin ortalarında Təbrizdə şah sarayı nəzdində fəaliyyət göstərən sarayın bədii emalatxanasının rəisi və dövlətin baş rəssamı təyin edilməsi təsadüfi deyildi.

1. əsrin sonu - XVI əsrin əvvəli Azərbaycan xalqının iqtisadi-siyasi və mədəni həyatında yeni yüksəliş dövrü olmuşdur. Ağqoyunlu, sonra isə Səfəvi dövlətlərinin başçılarının həyata keçirdikləri siyasət ölkədə daxili sabitliyin təmin edilməsinə, təsərrüfatın inkişafına, Qərb və Şərq ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsinə yönəlmişdi. Bu dövrdə müxtəlif sənət növləri ilə bərabər, Azərbaycanda elm və mədəniyyət də sürətlə inkişaf edirdi. Şah I İsmayıl və onun oğlu şah 1 Təhmasibin səyləri ilə Təbrizdə şah kitabxanası nəzdində məşhur xəttat və rəssamlar toplanmışdı. Onların fəaliyyəti hələ çox-çox əvvəldən başlamış bədii ənənəni davam etdirir və Təbriz miniatür məktəbinin yaranmasına səbəb olur. Burada fəaliyyət göstərən rəssamlar bir neçə sənət sahəsi üzrə peşəkar olmuşlar. Bu isə onlara öz əsərlərində sənətlərin sintezi məsələsini həll etməyə imkan vermişdir.

Bu dövrdə klassik ədəbiyyata maraq daha da artdığından görkəmli şairlərin əsərlərinin əlyazma kitabları şəklində tərtibinə xüsusi fikir verilirdi. Bu isə Azərbaycanda xəttatlıqla bərabər, miniatür sənəti və bədii tərtibatçılığın daha geniş yayılmasına, yüksək inkişaf zirvəsinə çatmasına səbəb olur. Saray emalatxanasında toplanan rəssamlar kitabları zəngin ornament kompozisiyaları və əlvan miniatürlərlə bəzəməklə bərabər, məscid və saray binaları üzərində monumental kitabələr yaradır, bədii xalça və parçaların çeşnilərini verir, binaların daxilini bəzəyən monumental divar təsvirləri çəkir, sonralar xüsusi albomlarda- murakkalarda toplanmış portret və süjetli kompozisiyalardan ibarət müstəqil miniatürlər tərtib edirdilər. XVI - XVII əsrlərdə təsviri sənətin ən geniş yayılmış, yüksək inkişaf etmiş növünü kitab miniatürü təşkil edirdi.

2. əsrdə Təbriz miniatür məktəbinin keçdiyi tədrici inkişaf, aparılan yaradıcılıq axtarışları, bədii üslubun formalaşması və getdikcə təkmilləşməsi birinci növbədə bu dövrün ən görkəmli rəssamlarının, Sultan Məhəmmədin rəhbərliyi altında saray emalatxanasında çalışan ustad sənətkarların yaradıcılığı ilə bağlı olmuşdur.

Sultan Məhəmmədin şah əsəri Səfəvi hökmdarı I Təhmasibin əmri ilə yeni bədii tərtibat verilmiş "Şahnamə"yə çəkdiyi miniatürlərdir. Budaq Qəzvini qeyd edir ki, 20 ilə tam tərtib edilən bu əsər şah tərəfindən osmanlı sultanı III Murada göndəriləndə ən qiymətli hədiyyə kimi qəbul edilmişdir. Məlumdur ki, Firdovsinin "Şahnamə" əsərinin bədii-estetik baxımdan dəyərli, yüksək sənət əsərləri sayılan yüzlərcə nəfis nüsxələri vardır. Lakin bunlardan yalnız üçü incəsənət tarixində

xüsusi şöhrət qazanmışdır. XIV əsrdə Təbrizdə tərtib edilmiş "Şahnamə", XV əsrdə Heratda tərtib edilmiş "Şahnamə" və nəhayət, XVI əsrdə Sultan Məhəmməd tərəfindən Təbrizdə tərtib edilmiş "Şahnamə" nüsxələri orta əsr Şərq kitab sənətinin nadir inciləri hesab olunur.

Sultan Məhəmmədin tərtibat verdiyi "Şahnamə"də süjeti, üslubu və sənət xüsusiyyətlərinə görə müxtəlif olan 258 miniatür çəkilib. Bu miniatürlər üzərində iş zamanı rəssamın yaradıcılıq fantaziyasının qol-qanad açması üçün gözəl imkan yaradılmış və rəssam bu fürsətdən məharətlə istifadə etmişdir. Təkcə əsas səhnələr deyil, arxa planda olan xırda, köməkçi səhnələr belə rəssam tərəfindən böyük zövqlə işlənmişdir. Hətta bəzi hallarda (misal üçün: məclisdə sərxoşların təsviri) Şərq miniatürlərinə xas olmayan karikaturalara da rast gəlmək olur. Bütün miniatürlərdə rəssam doğma təbiətin əsrarəngiz gözəlliklərini göstərə bilmiş, zəngin rəng çalarlarından istifadə etmişdir.

Sultan Məhəmmədin tərtibat verdiyi digər əsərlər arasında hal-hazırda Londonun Britaniya muzeyində qorunan, rəssam tərəfindən 1543-cü ildə başa çatdırılmış Nizami Gəncəvinin "Xəmsə" əsəridir. Səhifələrinin zəngin bədii tərtibatı və miniatürlərinin misilsiz bədii keyfiyyətinə görə bu əlyazma təkcə Azərbaycanda deyil, ümumiyyətlə Yaxın və Orta Şərqdə kitab sənətinin ən zərif, ən qiymətli şah əsərlərindən sayılır. "Məhəmmədin meracı" adlı miniatür Şərq rəssamlarının yaradıcılığında çox az təsadüf edilən dini məzmunlu süjeti təsvir edir. Kompozisiyanın mürəkkəbliyi və dinamikliyi, kontrast rənglərin uyğunluğu, vəhdəti əsasında əldə olunan rəsmin zəngin koloriti göstərir ki, rəssam bu rəsmin çəkilməsinə bütün var-qüvvəsini, bilik və bacarığını, topladığı təcrübəni sərf etmişdir. Bu səbəbdən bu miniatür Azərbaycan miniatür sənətinin ən dəyərli, misilsiz nümunələrindən sayılır.

Kitab miniatürlərindən əlavə, Sultan Məhəmmədin işlədiyi bir neçə portret və real həyat hadisələrini əks etdirən məişət janrlı əsərləri də dövrümüzə qədər gəlib çatmışdır. Bu əsərlərin əksəriyyətində (Sankt-Peterburqun Saltıkov- Şedrin adına kitabxanasında saxlanılır) rəssamın yaşadığı dövr üçün səciyyəvi sayılan saray həyatı, şah I Təhmasib başda olmaqla saray əyanlarının əyləncələri təsvir edilib. Rəssamın on xırda detalları böyük ustalıqla işləməsi dövrün saray həyatını, xalqın adət-ənənələrini, etnoqrafık xüsusiyyətlərini öyrənməyə yaxşı imkan verir.

Qeyd etmək lazımdır ki, Sultan Məhəmmədin çəkdiyi illüstrasiyalar və müstəqil miniatürlər məzmununa görə ənənəvidir, yəni ümumiyyətlə müsəlman aləmində təsvir edilən süjetlərdir. Lakin rəssamın böyük ustalığı elə burasındadır ki, ənənəvi mövzuları təsvir edərkən o onları yeni süjet xətləri ilə zənginləşdirir, yeni obrazlı ifadə vasitələri tapır. Sultan Məhəmmədin əsərlərinin bədii-estetik təsir qüvvəsinin əsasını təşkil edən, onlara əsrarəngiz gözəllik verən kolorit və

dekorativlik Azərbaycan miniatürləri üçün səciyyəvi üslub xüsusiyyətlərindən olub, onları başqa rəssamlıq məktəblərinin əsərlərindən fərqləndirir. Elmi ədəbiyyatda "Səfəvi məktəbi", "Təhmasib məktəbi", çox zaman isə "Sultan Məhəmməd məktəbi" adlandırılan bu üslubun inkişafında dövrünün ən görkəmli ustad sənətkarı olan Sultan Məhəmmədin yaradıcılığının müstəsna əhəmiyyəti olmuşdur. Sultan Məhəmmədin davamçıları - oğlu Mirzə Əli Təbrizi, şagirdləri Müzəffər Əli, Mir Seyidəli və digər miniatür ustalarımızın yaratdığı əsərlər Yaxın və Orta Şərqdə, Hindistandan Misirə qədər olan ərazilərdə fəaliyyət göstərən rəssamların yaradıcılığına müsbət təsir göstərmişdir.
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 9890
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri