Fəxr etdiyimiz HƏMVƏTƏNLƏR - TOFİQ QULİYEV

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1796
Səs ver:
(səs: 0)
Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən biri Tofiq Ələkbər oğlu Quiliyev 7 noyabr 1917-ci ildə musiqisevər bir ailədə dünyaya göz açıb. Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqi təliminə gec, 12 yaşında başlayır,o, Azərbaycan konservatoriyası nəzdində məktəbin fortepiano sinfinə daxil olur. Tofiq Quliyev hələ sağlığında mahnı janrının aparıcı örnəyi olmuşdur.Gələcək bəstəkarın yaradıcılıq biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük tə’siri olmuşdur. Müəllimləri Aysberq və Ştrasser idi. Onun Kanservatoriya illəri çox səmərəli idi. Çox keçmədən o Rudolfdan bəstəkarlığın sirrlərini öyrənməyə başlayır. 1930-cu illərdə bir çox gənc, istedadlı bəstəkarlar kimi Tofiq Quliyev də folklor musiqisinin nümunələrini toplamaq və nota almaq işində böyük səy göstərdi. “15 xalq rəqs” işləmələri, Azərbaycan mahnılarından ibarət 2 cild toplamalarda o, Bülbül ilə çiyin-çiyinə işləmişdir
Müəllimin məsləhətilə T.Quliyev 1931-ci ildə ilk əsərini – Azərbaycan poeziyasının fəxri M.Ə.Sabirin «Dərsə gedən bir uşaq» şe’rinə mahnı yazır.1934-cü ildə T.Quliyev Bakı konservatoriyasının fortepiano və dirijorluq fakültələrinə daxil olur, 1935-ci ildən isə onun Azərbaycan Dövlət dram teatrında dirijorluq fəaliyyəti başlanır. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.

1938-ci ildən T.Quliyev Azərbaycan xalq musiqi nümunələrinin toplanması və yazılması işində fəallıq göstərir. Onun yazıya aldığı xalq mahnıları, rəqslər, muğamlar Azərbaycan folklorşünaslığını xeyli zənginləşdirmişdir.
Həmin ildə, Ü.Hacıbəyovun təşəbbüsü ilə T.Quliyev bir neçə digər musiqiçi ilə Moskva Dövlət konservatoriyasına oxumağa göndərilir. Moskvada klassik musiqi ilə yanaşı T.Quliyev həmçinin estrada musiqisi və, xüsusən, caz ilə məşğul olur.

O, Aleksandr Sfasmanın rəhbərlik etdiyi estrada orkestrində pianoçu idi. Bakıya qayıtdıqdan sonra Tofiq Quliyev təzəcə yaratdığı orkestrin fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Böyük Vətən Müharibəsi başlandı və bəstəkar könüllü surətdə 402-ci diviziyada vətənə xidmət etməyə getdi. 1939-cu ildə Bakıya qayıdıb. 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın “Qırmızı flot” hissəsinə rəhbərliyə başlayıb. Müharibədən sonra M.Əzizbəyov (dram), S.Vurğun (rus dram), M.Qorki (gənc tamaşaçılar) teatrlarıyla əməkdaşlıq edib. 1940-cı illərdə həm də kinoda işləməyə başlayıb. Müharibədən sonrakı illərdə bəstəkarın yaratdığı estrada orkesri tez bir zamanda bərpa olundu. Onun mahnıları ildırım surətdə şöhrət qazandı. Nəinki respublikada, o zaman mərkəz olan Moskva və Moskva ətrafında gözəl müğənnimiz Rəşid Behbudovun sayəsində Tofiq Quliyevin adı məşhurlaşdı.

1948-ci ildə T.Quliyev 2-ci dünya müharibəsi ilə bağlı Moskva konservatoriyasında dayandırılan təhsilini dirijorluq və bəstəkarlıq fakültələrində davam etdirir və 1954-cü ildə konservatoriyanın aspiranturasını dirijorluq sinfi üzrə uğurla bitirir.
Həmin illər T.Quliyev dirijor kimi çıxış edir. Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsada, onun parlaq uğurları teatr və kinematoqrafa aiddir. Lakin, Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr – mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanmışdır. Bu dövr üçün bəstəkarın özəl yaradıcılıq dəst-xətti biçimlənir, yaratdığı yeni üslubda milli-folklor əsası Avropa professional musiqi məktəbinin və Amerika cazının ən’ənələri ilə üzvi şəkildə uyuşur.

Tofiq Quliyevin mahnılarını Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütviyar İmanov, Şövkət Ələkbərova da məharətlə ifa edirdilər. O zamanlar böyük məşhurluq qazanmış “QAYA” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaltdı. Tofiq Quliyevin mahnıların təravəti bəstəkərların xalq musiqisini dərin hiss etməyindən doğur.Tofiq Quliyev musiqisindəki, üsbubundakı bənzərlik bəstəkarın yaratdığı çoxsaylı melodik inkişaf xəttindən doğur. Həm də, Tofiq Quliyevin bir sənətkar kimi səciyyəvi cəhəti ondan ibarətdir ki, o insan səsini, vokalçının səs imkanlarını gözəl duyan, bu imkanlara gözəl bələd olan bəstəkarlardandır. O, vokal cəhətdən düşünə bilir, bir-birindən zəngin ifadəli və obrazlı kantilena melodiyaları yaradır. Forma cəhətdən tamamlıq, lakonizm və bitkinlik onun mahnılarının əsrarəngizliyini daha da artırır. Bütün bu cəhətlər Tofiq Quliyevin orijinal musiqi uslubunu təşkil edən xüsusiyyətlətdir. Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyovun ənənələrini davam etdirərək Tofiq Quliyevin musiqi dilindəki, diatonik major-minor Azərbaycan xalq lad sistemi ilə üzvi birləşir. Özünü göstərən ifadəli, həm də gözlənilməz parlaq modulyasiyasiyalar, yönəlmələr, lad dəyişkənliyi Tofiq Quliyevin harminik dilinə xüsusi boya verir. 200-dən artıq mahnı yazan Tofiq Quliyev mahnı melodik üslubun təbiətini gözəl duyur.

Kantilena və poetik obraz onun mahnılarında hər zaman vacib cəhət olmuşdur. Gözəl mahnı ustası Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinə bənzərsiz töhvələr vermişdir. Onun mahnı sahəsindəki yaradıcılıq nəaliyyətləri sonrakı nəsl bəstəkarlarının yaradıcılığında bir ənənə şəklində davam və inkişaf etmişdir. 1951-ci ildə "Azərbaycan xalq rəqsləri" toplusunun hazırlanmasında iştirak edib. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" tomlarına salınıb. 1954-cü ildə T.Quliyev pedaqoji fəaliyyətə də başlayır – Azərbaycan Dövlət konservatoriyasında opera və orkestr sinifləri aparır.

1958-ci ildə o, Azərbaycan Dövlət filarmoniyasının bədii rəhbəri, 1961-ci ildə isə direktoru vəzifəsinə dəvət olunur.

Yaradıcılığıyla yanaşı T.Quliyev həmçinin geniş ictimai fəaliyyəti ilə də seçilir. O, bir çox xarici ölkələrlə mədəni əlaqələrin yaradılmasında fəal iştirak edir. Bəstəkarın xıdmətləri dəfələrlə ən yüksək dövlət mükafatları ilə qeyd olunmuşdur.

Azərbaycan SSR xalq artisti (1964). Azərbaycan əməkdar incəsənət xadimi(1958). 1957 ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, 1968 ildən katibi. 1961 – 64 Filarmoniyanın direktoru. 1958 – 59 isə bədii rəhbəri olmuşdur.Bəstəkarın xıdmətləri dəfələrlə ən yüksək dövlət mükafatları ilə qeyd olunmuşdur. 2 Qırmızı Əmək Bayrağı ordeni və “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

Tofiq Quliyev Azərbaycan Estrada musiqisinin yaradıcılarındandır. 1960-70-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günləri iştirakçısı olub. 70-ci illərin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb.1969-cu ildən 1979-cu ilə gədər T.Quliyev birinci katib vəzifəsində Azərbaycan bəstəkarlar ittifaqına rəhbərlik edirdi. 1990-cı ildən isə o, ömrünün son günü – 2000-ci il oktyabrın 4-nə kimi Azərbaycan bəstəkarlar ittifaqının İdarə heyətinin sədri vəzifəsində çalışırdı.Tofiq Quliyev 2004-cü il oktyabr ayının 4-de uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.

Filmoqrafiya
Bəstəkar Olduğu Filmlər:
1. Səbuhi (1941)
2. Bəxtiyar (1955)
3. Görüş (1955)
4. Qızmar Günəş Altında (1957)
5. Ögey Ana (1958)
6. Onu Bağışlamaq Olarmı? (1959)
7. Telefonçu Qız (1962)
8. Möcüzələr Adası (1963)
9. Sən Niyə Susursan? (1966)
10. O Qızı Tapın (1970)
11. Nəsimi (1973)
12. Dərviş Parisi Partladır (1976)
13. Xoşbəxtlik Qayğıları (1976)
14. Şir Evdən Getdi (1977)
15. Qaynana (1978)
16. Əlavə İz (1981)
17. Əzablı Yollar (1982)
18. Musiqi Müəllimi (1983)
19. Tənha Narın Nağılı (1984)
20. Xüsusi Vəziyyət (1986)
21. Sürəyya (1987)
22. Nakəs (1991)

Dirijor Olduğu Filmlər:
1. Görüş (1955)
2. Qızmar Günəş Altında (1957)
3. Ögey Ana (1958)
4. Onu Bağışlamaq Olarmı? (1959)
5. Möcüzələr Adası (1963)

Tofiq Quliyevin Ürək Mahnıları
01.Sənə Də Qalməz Rəşid Behbudov
02.Axşam Mahnısı Şövkət Ələkbərova
03.Tez Gəl Rəşid Behbudov
04. Qızıl Üzük Rəşid Behbudov
05. Qəmgin Mahnı Şövkət Ələkbərova
06. Əziz Surət Rəşid Behbudov
07. Sən Mənim, Mən Sənin Şövkət Ələkbərova
08. Badamlı Rəşid Behbudov
09. Lirik Mahnı Anatolu Qəniyev
10. Naxçıvanım Mirzə Babayev
11. Qaytağı Estrada Simfonik Orkestri
12. Toy Mahnısı Qaya qrupu
13. Qızlar Mahnısı Nərminə Məmmədova
14. Kəndimiz Uşaq xoru
15. Arzular Ş.Mustafayeva Və L.İmanov
16. Coş Dənizim Radio/TV Kişi xoru
17. Vals Azərbaycan Dövlət Simfonik Orkestri
18. Nochnaya Serenada Rauf Atakişiyev
19. Devuşki Baku R.Simonov
20. Bakı Haqqında Mahnı Rəşid Behbudov

Tofiq Quliyev sənətkarlığın ən yüksək səviyyəsində duran, xalqın ən sevimli bəstəkarı olmağıyla bərabər, bir insan kimi də xalq tərəfindən sevilmiş, qəbul olunmuşdu. Hər bir insanla münasibətdə, təmasda onun üstünlüyü həmişə hiss olunurdu, çünki o, çox yüksək biliyə malik, müasir düşüncəli bir şəxsiyyət idi. Bu baxımdan Tofiq Quliyev digər sənətkarlarımızdan hər zaman seçilirdi. Tofiq Quliyev bəstəkarların içində ən gözəl pianoçu idi. Yaşının çox olmasına və uzun zaman məşq etməməyinə baxmayaraq Tofiq Quliyev piano arxasında əyləşəndə daim məşq edən ifaçını xatırladırdı. Yə’ni təbiətən onun barmaqlarında texnika inkişaf etmişdi, barmaqlarında olan «şirinlik» musiqisinə də sirayət etmişdi. Ona görə də Tofiq Quliyevin elə bir mahnısı yoxdur ki,o mahnı xalqın ürəyincə olmasın, o melodiya xalq tərəfindən sevilməsin.

Ssenariyə görə T.Quliyev «Bəxtiyar» filminin bir hissəsində çox primitiv, şablon bir mahnı yazmalı idi. Lakin, hətta qəsdən «primitiv» yazılmış mahnı yenə də çox gözəl alınmışdı. O mahnı sonradan ən sevimli mahnıya çevrilmişdi və xalq tərəfindən indi də sevilə-sevilə oxunur (söhbət R.Behbudovun ifasında Ə.Əlibəylinin söz. «Sevgilim» mahnısından gedir. – L.F.)Tofiq Quliyevdə aşağı səviyyəli musiqi yox idi. Ola da bilməzdi. Çünki onun təbii iste’dadı və eyni zamanda da böyük mədəniyyəti buna yol verməzdi. O, həm pianoçu, həm dirijor, həm də çox yüksək səviyyəli, böyük iste’dada malik, öz janrında dahi bir bəstəkar olmuşdur.Tofiq Quliyevden soruşanda niye o dirijorluq etmir deyərdi ki,” mən dirijorluq edərdim, özü də yaxşı məktəb keçmişəm, amma Niyazinin qarşısında dirijorluq etmək günahdır “. Tofiq elə insan idi ki, insana münasibətindən asılı olmayaraq, iste’dadlı adamlara həmişə baş əyib, onları sevirdi, yüksək tuturdu. Ona görə də Niyazi, Qara Qarayev, Fikrət Əmirov kimi böyük sənətkarlar Tofiqin yaxın dostları idi.

Tofiq Quliyev Azərbaycan musiqi tarixində özünə çox böyük, dərin iz qoymuş bəstəkardır. Özü də bu yaradıcılıq, əsl «şəhər» yaradıcılığıdır. Çünki Tofiq Quliyevin əsərləri çalınanda insanın gözlərinin önündə birinci növbədə, Bakı canlanır. Yə’ni o, həyatı ilə, ürəyinin bütün damarları ilə, Bakıya bağlı idi. Bakı haqqında neçə mahnı yazıbsa - hamısı şedevrlərdir. Tofiqin lirikası, Tofiqin mətn seçməyi – bunlar hamısı Tofiq dühasının ən dəyərli bəhrələridir.

T.Quliyev yaradıcılığından böyük bir nəsil bəhrələnib, ondan tərbiyə alıb. T.Quliyev yaradıcılığı onlarda təbiəti sevməyi, həyatı sevməyi, gözəlliyin qədir-qiymətini bilməyi, musiqinin səviyyəsini düzgün təyin etməyi, Vətənə bağlılığı, Azərbaycanın bütün güşələrini sevməyi - bütün bu hissləri oyadıb. Bu özü də bəstəkarın bir vətəndaş kimi ən yüksək səviyyəli cəhətlərindən biridir. Bu baxımdan, Tofiq Quliyev həqiqətən əvəzolunmaz böyük sənətkardır.

Azərbaycan bəstəkarlarının yaradıcılığını böyük bir çiçək çələnginə bənzətmiş olsaq, onların içərisində T.Quliyevin yaradıcılığı ən ətirli, ən gözəl çiçəklərdən biridir. Ona görə də, Tofiq Quliyev həmişə var, Tofiq Quliyev yaddan çıxmayacaq. Nə qədər ki, Azərbaycan xalqı var, Tofiq Quliyevin əsərlərini, onun mahnılarını həmişə sevə-sevə dinləyəcək, oxuyacaqlar.

Müəllif: Mirzəyeva Günay
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri