Şopenin 10 illik məhəbbəti: Corc Sand

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1854
Səs ver:
(səs: 0)
Öz dövrünün məşhur simaları olan fransız yazıçısı Corc Sand polyak bəstəkar Frederik Şopenlə təxminən 10 il sevgili olub.

Sandın heyranları, aşiqləri çox idi. Ona şeirlər, məktublar göndərirdilər. Xanım Sandın yazıçı Prosper Merime və şair Alfred Müsse ilə də epizodik eşq macəraları yaşayıb.

Lakin, Corc Sand və Frederik Şopenin on illik məhəbbətərinin tarixçəsi daha məşhurdur. Onların münasibətləri çox mürrəkkəb yollardan keçmişdi. Sand Şopendən böyük idi, birinci nikahdan iki böyük övladı var idi. Artıq bərk xəstə, əsəbi və həddindən artıq özünə qapanmış bəstəkar, demək olar ki, onun üçün üçüncü övlad oldu. Yazıçı özünü hər kəsə görə məsuliyyət daşıyan ailə başçısı kimi hiss edirdi.

O, bəstəkarın qayğısına qalır, onu bütün məişət problemlərindən uzaq tuturdu. Xarakter və siyasi meyillərindəki müxtəlifliyə, qarşılıqlı qısqanclıqlarına baxmayaraq, uzun müddət bir-birinə çox güclü hislərlə bağlanmışdılar. Noanda yazıçının malikanəsi var idi, ailə yay aylarını orada keçirərdi, burada Şopenin də səhhəti yaxşılaşardı.

Şopenin 10 illik məhəbbəti: Corc Sand


Sonralar tərəflərin yolları ayrılmağa başlayır. Sandın dostları elə hesab edirlər ki, Şopen onun bütün həyat gücünü, qüvvəsini alır. Şopenin rəfiqləri isə əksinə, belə düşünürdülər ki, Sand özünün dəlisov xarakteri ilə bəstəkarı stress və əsəbi gərginlik vəziyyətində saxlayır və bununla da xəstəliyini kəskinləşdirir, ancaq təbii ki, bu belə deyildi.

Sevgililərin ilk ciddi incikliyinin səbəbi Şopenlə Corc Sandın oğlu Moris arasındakı münaqişə oldu. Şopeni anasına qarşı qoyan Solanjla intriqaları isə bu münasibətə birdəfəlik son qoydu.

Ayrılıqdan sonra Şopen cəmi bir il yaşadı.


Şopenin 10 illik məhəbbəti: Corc Sand
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1854
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri