Xalq qəhrəmanı - Babək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 38 996
Səs ver:
(səs: 55)
Xalq qəhrəmanı Babəkin doğum tarixini hələ də dəqiqləşdirmək mümkün olmayıb. Tarixçilər dolayı məlumatlara əsaslanaraq belə hesab edirlər ki, o, 798-800-cü illərin birində Bilalabadda dünyaya gəlib. Əsil adı Həsən olub. Atasının ölümündən sonra karvanlara qoşularaq Azərbaycanın hər tərəfini gəzib. Xürrəmi təlimi ilə tanışlığı Təbrizdə başlayıb...
Bilalabad yaxınlığındakı dağlarda yerləşən Bəzz qalasında Cavidan adlı varlı vilayət hakimi – xürrəmi  yaşayırdı. O, bir dəfə qışda qalaya qayıdarkən qar fırtınasına düşür. Məcbur olub Bilalabada dönür. Həsənlə də bu zaman tanış olur. 16-17 yaşlı cavanın ağlına, fərasətinə heyran qalır və onu özü ilə Bəzz qalasına aparır. Həsən az vaxtda hamının hörmətini qazanır və məşhurlaşır. Cavidan döyüşlərin birində öldürüldükdən sonra onun vəsiyyətinə əsasən xürrəmilərə başçılıq edən Həsən özünə Babək adı götürür. Bu olmuşdu 816-cı ildə.
Yəqin bilirsiniz, tarixdə xürrəmilər üsyanı deyilən hadisələr yaşanıb. Bu üsyan Babək tərəfindən qaldırılmışdı. O, həmfikirləri və silahdaşları qarşısında ərəbləri qovmaq və ədaləti bərpa etmək vəzifəsi qoymuşdu. Belə də oldu. Babəkin başçılığı ilə ərəblər öldürülür və ya ölkədən qovulurdu. Az sonra bütün Azərbaycan xürrəmilərin əlinə keçdi. Üsyan şimaldan cənuba adladı. Bu da olmuşdu 819-cu ildə. Bəs sonra nələr baş verir?
Ərəb xəlifəsi Babəkin üstünə bir-birinin ardınca say-seçmə qoşun göndərir. Hər dəfə də məğlub olur. Bu minvalla Babək xilafətə qarşı təxminən 17 il vuruşur. Döyüşlərdə 225 mindən çox ərəb əsgəri və sərkərdəsi öldürülür. Yeni xəlifə Möhtəsim Babəkin üzərinə sərkərdə Afşinin başçılığı ilə daha böyük qoşun göndərir. 836-c ldə Azərbaycana daxil olan Afşin  Bəzz qalasını mühasirəyə alır. Qüvvələrin qeyri-bərəbər olduğu bu döyüşdə məğlubiyyətə uğrayan Babək qalanı tərk edir və özünü Bizansa yetirmək istəyir. Afşin onun ardınca hər yana dəstələr yollayır. Təqiblər başlayır.
Təəssüf ki, Babək bu təqiblərdən qaçıb qurtara bilmir. Köhnə tanışlarından olan Səhl ibn Sumbat adlı bir vilayət hakimi Babəki aldadaraq əsir alır və Afşinə təhvil verir. Xəyanət qurbanı olan Babək 838-ci ildə edam olunur...
O vaxtdan görün nə qədər vaxt keçir? Min ildən də çox  zaman ötməsinə baxmayaraq Babək və onun başçılıq etdiyi xürrəmılər üsyanı yaddan çıxmır. Bu hadisələr Azərbaycan tarixinin parlaq səhifələrindən biri kimi xalqın hafizəsində yaşayır.
(səs: 55)
Şərhlər: 8
Baxılıb: 38 996
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri