Azәrbaycanın Xalq artisti Sәfurә İbrahimova

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 016
Səs ver:
(səs: 1)
Azәrbaycanın kinosunun vә teatrının incilәrindәn biri - istedadlı aktrisamız Sәfurə Ağabala qızı İbrahimova 1938- ci il dekabr ayının 27-də Bakı şәhәrindә anadan olub. Orta məktəbi bitirdikdən sonra bir müddәt dram dərnəyində çalışıb. 1960-cı ildə Mirzağa Әliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sәfurә xanım Şahmar Әlәkbәrov, Hәsәn Әbluç, Nurәngiz Gün, Yalçın Rzazadә, Tariyel Vәliyev ilә bir qrupda oxuyub.

Birinci kursda onu Akademik Milli Dram Teatrında İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət ediblər. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Әsasәn lirik-dramatik aktrisadır. Səhnə məlahəti və səhnə cazibəsi ilə həmişə tamaşaçıları heyran qoyan, teatr sevәnlәrin diqqət mərkəzində olan aktrisa bu illər ərzində teatrda çox gözәl obrazlar yaradıb.

Bunlardan Hüseyn Cavidin "Səyavuş” əsərində gəlin, "Knyaz”da Jasmen, "İblis”də Rəna, Sabit Rəhmanın "Sevimli rollar” əsərində Mələk, "Toy”da Kamilə, "Əliqulu evlənir”də Qumral, "Xoşbəxtlər”də İnci, "Küləklər”də Roza, M. Hüseynin "Alov” əsərində Әsmər, Səməd Vurğunun "Vaqif” əsərində Gülnar, "İnsan”da Tatyana, İlyas Əəndiyevin "Sən həmişə mənimləsən” əsərində Sarısaç qız, "Sevgililərin cəhənnəmdə vüsalı”nda Mədinə, "Hökmdar və qız”ında Tubu xanım, Bəxtiyar Vahabzadənin "Kimdir haqlı” əsərində Həyat, Vilyam Şekspirin "Hamlet” əsərində Ofeliya, Lorkanın "Dişi canavar”ında Prudensiya, Cəlil Məmmədquluzadənin "Anamın kitabı”nda Zəhra bəyim, Vidadi Babanlının "Ana intiqamı”nda Səltənət, Nəriman Həsənzadənin "Atabəylər” əsərində ikinci xatun, Anarın "Adamın adamı” əsərində Balaxanım, Cəfər Cabbarlının "Sevil” əsərində Sevil vә.s.

Sәfurә xanım bundan әlavә 10-dan çox televiziya tamaşasına çәkilib. Televiziya tamaşlarından әn yadda qalan obrazı çox sevdiyim "Sәn hәmişә mәnimlәsәn" tamaşasında Nәzakәt obrazıdır.  Aktrisa Azərbaycanfilm kinostudiyasında da müxtәlif rollara çәkilib.Məsələn, "Sevil”də Dilbər, "Arşın mal alan”da Telli, "Qatır Məmməd”də Həbibə, "Alma almaya bənzər”də Mədinə, "Qaynana"da Sədaqət, "Dərviş Parisi partladır”,"Tütәk sәsi","Qәtl günü","O qızı tapın" vә.s filmlərdəki obrazları nümunə gğstərə bilərik.

Səfurə İbrahimova Hüseyn Cavidin "İblis” faciəsində oynadığı Rəna roluna görə 1984-cü ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına ayiq görülüb.  Aktrisa 1974-cü ildə Əməkdar artist, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.  Yazılanlara görә aktrisa nişanlı olub, lakin o, son anda sənəti seçib vә ayrılıblar. Bundan sonra aktrisa bir daha evlәnmәyib. Hal-hazırda tәk yaşayır. Sәfurә xanım layiqli qiymәtini alıb, prezident tәqaüdçüsüdür. Dövlәt tәrәfindәn evlә dә tәmin olunub.
 
Sәfurә xanım haqqında tәlәbә yoldaşı Tariyel Vәliyevin dediklәri: "Hələ institutda oxuyan vaxtı Səfurə İbrahimova bizim aramızda həqiqətən, seçilirdi. Әvvəla, çox sakit təbiətli bir qız idi. Özü də, bir balaca, utancaq idi.Tәlәbәlik vaxtı da gözlәnilirdi ki, Sәfurәdәn çox böyük aktrisa aktrisa, dahi bir sənətkar olacaq. Müəllimlər Səfurədən çox razı idi, hamı onunla işləmək istəyirdi. Yəni tələbə kimi də çox yaxşı idi. İnstitutu əlaçı kimi qurtardı. Özü də Səfurənin təyinatı Akademik Milli Dram Teatrı oldu və orada bir-birindən gözəl rollar oynadı, kinolara çəkildi və dahi bir sənətkar oldu. Çox böyük aktrisadır Səfurə İbrahimova”. Sәfurә xanım sәnәtindә uğur qazanan aktrisalarımızdandı. Yaratdığı gözәl obrazları ilә hәmişә tamaşaçıların yaddaşında yaşayacaqdır. Sәfurә xanıma cansağlığı, uzun ömür arzulayıram.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri