Kafka və həyatındakı qadınlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 562
Səs ver:
(səs: 1)
"Heç kim” olan Kafka
1883-cü ildə doğulan Frans Kafka avstriyalı bir yəhudi idi. Yəhudi olmağı başına bəla olan yazıçını almanlar sevmir, alman dilində danışdığı üçünsə çexlər ona xor baxırdılar. Yekəpər, sağlam bir kişi olan, atası Herman Kafka üçün Kafka yalnızca bir böcək idi. Uşaqlığı boyunca həmişə "heç kim” olaraq özünü anlayan Kafka böyüdükdən sonra da bu düşüncədə qalmışdı. Atası ilə münasibətinin gərginliyi demək olar, onun bütün əsərlərində "qırmızı xətt” kimi keçir. Adət-ənənəyə, çərçivələrə sığmaq Kafkalıq deyildi, o, buna görə əzab çəkir, getdikcə kiçilir və özünün yox olduğunu zənn edirdi. Düz ölümünə qədər də yazıçı həmişə bu barədə düşünmüşdü.

Kafka insanların ona olan münasibətini gördükcə yararsız biri olduğunu ağlından çıxarda bilmirdi. Ancaq Kafkanı Kafka edən də məhz bu amil oldu. Cəmiyyətin, hətta ailəsinin də gözündə bir işə yaramayan Kafka bu cür yaşamağa boyun əyməyin ən düzgün yol olduğunu seçdi. Öz-özünə deyirdi ki, həyat belə daha xoşbəxt və problemsiz olacaq. Çünki Kafkaya görə, bir insan kimi yaşamaq və doğru yolda addımlamaq çox çətin bir məsələdir. Baxış bucağı yazıçıda fərqli idi. Bu fərqlilik onu digərlərindən, cəmiyyətdən, ailədən aralamışdı. Kafka daha sonra düşdüyü situasiyanı bu cür təsvir edir: "Doğru yol yerdən bir qarış yuxarıda dayanan gərgin bir kəndirə bənzəyir. Ancaq bu kəndir üstündə yeriyə bilmək üçün deyil, yıxılıb pis kökə düşmək üçündür”. Kafkanın məşhur "Çevrilmə” əsəri də hardasa bu fikirlərin təsdiqidir.

Kafka bütün bu gərginliklərdən, atasının, cəmiyyətin onu yaxasına çökməsindən qurtulmaq istəyir və bunun çıxış yolunu evlənməkdə görür. Ancaq onun kimi ideal bir adam üçün evlənmək elə də asan iş deyildir. Kafka bu yükün altına girə bilməyəcəkdi.

Kafkanın sevgisi
Yazıçının ilk sevdiyi qadının adı Felice Bouerdir. Bu qadınla Kafka düz iki dəfə nişanlandı. Və çox qəribə olsa da onların əlaqələri yalnız məktublaşma üzərində quruldu.

Öz yaxın dostu, hansı ki, bütün əsərlərini yandırmağını istədiyi Maks Brod Feliceni gündəliyində bu cür təsvir edirdi: "O qadının kim olduğu ilə maraqlanmırdım, onu elə olduğu kimi qəbul etmişdim. Arıq, çəlimsiz görünüşü, anlaşılmazlığı mənasız biri olduğunu göstərirdi. Onu ilk görəndə sarsılmaz bir fikrə düşmüşdüm”.

Xatırladaq ki, Maks Brod, Kafkanın ən yaxın dostu həyatında bircə dəfə qardaş kimi bildiyi adamın sözünü yerinə yetirməmiş və bununla da ilk dəfə həyatında böyük bir uğura imza atmışdır. Dostuna etdiyi xəyanət Kafkanı dünyaca məşhur yazıçı eləmişdi.

Kafkanın digər kişilər kimi çərçivəli, ötəri duyğuları yoxdu. Bəlkə də ona görə Felice Kafkanı tənhalığa sürüklədi.

Kafka və Milena
Kafka hüquq təhsili gördükdən sonra siğorta təşkilatına məmur kimi çalışmağa başlayır. Düzdü, güvənli bir həyatı vardı, ancaq bu çərçivə onu sıxırdı. İçindəki hay-küy burdakı sakitliklə uyuşmurdu. O həyatı bu cür qəbul edə bilmirdi. Hər şey çərçivələrdən aslı deyildi. İnsan bənzən ətrafındakı divarları da qırmağı bacarmalıydı. Çox darıxır, həyat onun üçün maraqsız keçirdi. Gecələr yazmaq yalnız onun xilası idi. Həyatının məngənə arasında qalıb sıxılması yazıçının əsərlərini getdikcə çıxılmazlığa, çarəsizliyə aparıb çıxardırdı. Kafkanı bu mənasızlıqdan çıxardıb həyata qovuşduracaq bir dost əli lazım idi

Belə də oldu, Kafkanı yalnızlıqdan Milena Yesenska qurtardı. Milena ilə  məktublaşmalarında, yazılanlarda dostluqdan başqa heç bir şey gözə dəymirdi. Ancaq bu aramsız məktublar böyük bir sevginin qığılcımı oldu. Hər şey yaxşı gedirdi. Kafka Milenanı, qadın da onu sevirdi. Milena onun əsərlərini çex dilinə çevirirdi. Ədəbiyyat və sevgi Kafkanı həyatın mənasızlığından uzaqlaşdırırdı.

Lakin bir əngəl ortaya çıxmışdı: Milena evli idi. Deməli, bu sevgi imkansızlığı, əl çatmazlığı ilə yenidən Kafkanı tənhalığın acımasız qollarına atacaqdı.

Məktublaşdıqları vaxtlar Kafka yalnız iki dəfə Milenayla görüşə bildi və bu görüşlər yazıçını kədərə yuvarladı. Ancaq bununla belə, onun üçün bu unudulmaz görüşlərin bir yaxşı tərəfi vardı: Kafkanın yaradıcılığında baxış bucağı dəyişmiş, genişlənmişdi. Yazıçı yalnız buna görə xoşbəxt ola bilərdi.

Milenanın təsvir etdiyi Kafka
Milena böyük sevgilər yaşatdığı Kafkanı bu cür təsvir edirdi: "Yox, yox, o dünyanı anlaya bilməz, o həyata yaddır. Frans yaşaya bilməz, yaşamaq gücü olmadığı üçün yaşaya bilməz. Xoşbəxtliyə qovuşa bilməyəcək Frans, çox keçməyəcək öləcək... Sığınacaq, baş vuracaq heç bir kəsi yoxdu. Bizi qoruna bildiyimiz şeylər onda olmadığından darmadağın olur, yıxılır. Paltarlı, əyin-başlı insanların arasında lüm-lüt biridir o. Çılpaq biridir”.

Milena bu məktublarını 1939-cu ildə çap edilməsi üçün yaxın dostu Villi Haasa təslim edir. Aradan beş il keçəndən sonra isə qadın ölür.

Kafkanın Dora Daymont adlı son sevgisi
Kafka bütün bu əzablardan, işgəncələrdən, tənhalıqdan sonra ölü kimi yaşayırdı. Onu yeganə xilas edəcək şey isə sevgi idi. Yazıçı qarşılaşdığı çətinlikləri yalnız bu cür dəf edə bilərdi.

Dora Daymont bu vaxtlar onun qarşısına çıxdı. Onlar Baltika sahillərində tanış oldular. Bu Kafkanın sonuncu sevgisi olacaqdı. Müsəvi ailədən gələn Dora gənclik illərində ailəsini tərk edib Avstriyanı gəzməyə qərar vermişdi. Bu qadın Kafkanın yalnızlığını və ümidsizliyə düşməyini yaxşı anladı. Ona axtardığı sevgini verən qadın Kafkanı son illərdə xoşbəxt birinə çevirməyi bacardı. Kasıb yaşamağına baxmayaraq, ailəsinin və dostlarının danışdığına görə, Kafka çox məmnun idi. Dora onun üçün hər şeyin əvəziydi. Xəstə düşdüyü vaxt Dora yazıçının başının üstündən ayrılmır, hər an öz sevgisiylə Kafkanı ağrılardan xilas edirdi.

1917-ci ilin avqustunda Frans Kafka Vyana yaxınlığında öldü. Öldüyü zaman qəribə bir sakitlik içindəydi. Bəlkə də bu Dora Daymontun yanında olduğu üçün idi. Qadını heç bir məktublaşma olmadan əldə etmişdi. Dora onun son sevgisi idi. Ancaq ölümün pəncələri arasında olan bir adam üçün artıq bunun heç bir dəyəri yox idi. Yazıçı ilk dəfə anlayırdı ki, onu yalnız ölüm xilas edə bilər, başqa heç nə bunu bacarmamışdı.

Kafka o qədər kasıb idi ki, öləndə ona bir baş daşı belə qoyulmadı. Dora onu heç vaxt unutmadı. Kafkanın torpağa tapşırıldığı yerə daim baş çəkən Dora sanki yazıçının baş daşı olmuşdu. Bu ölüm onu da öldürmüşdü.

İllər keçib qadın öldükdən qırx yeddi il sonra İsraildə yaşayan qohumları Doranın məzarını tapıb ədəbiyyatın bu itmiş obrazını ölümsüzləşdirdilər. Baş daşına: "Doranı tanıyan sevginin nə olduğunu anlayar” yazaraq qadını ölümü ilə dünyaya tanıtdılar.

Həyat isə, Kafkasız qalmışdı. Onu ölümsüzləşdirən isə hələ də çoxlarını heyrətə gətirən əsərləri oldu...
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri