Abbasqulu ağa Bakıxanov

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 768
Səs ver:
(səs: 3)
Abbasqulu ağa Bakıxanov  Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçidir.
XIX əsr Azərbaycan marifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüslü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada"Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur.
1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Türkmənçay (1828) və Gülüstan müqavilələrinin (1813) imzalanmasında tərcüməçi kimi iştirak etmişdir.
Həyatı
Abbasqulu ağa Bakıxanov 1790-cı il iyun ayının 21-də Bakının Əmircan (Əmirhacıyan) (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğluHüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərmişdir.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 4 768
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri