Zeyneb Xanlarova haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 6 082
Səs ver:
(səs: 12)
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb.
1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev,Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir.
Dünyanın əksər ölkələrində konsertlər vermişdir.
Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV[2] çağırış) deputatı olmuşdur.
Mükafatları
Azərbaycan SSRİ xalq artisti — 1975
SSR xalq artisti
Ermənistan SSRİ xalq artisti
Özbəkistan SSR xalq artisti
Azərbaycan SSR Dövlət mükafatı laureatı
Şərəf nişanı
Xalqlar dostluğu
Qızıl val mükafatı(Melodiya firması)
Şöhrət" ordeni
İstiqlal ordeni
Başın və Başarı ödülü (Türk Basın Birliyi)
İlin Sənətçisi (Ankara Jurnalistlər Birliyi)
(səs: 12)
Şərhlər: 10
Baxılıb: 6 082
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri