Məşhur rəssam Pablo Pikasso

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 356
Səs ver:
(səs: 0)
İncəsənətin tənqidçiləri Pikasso haqqında qeyd edirdilər ki, “onun yaradıcılığında hər şey eyni dərəcədə qiymətli deyil, lakin onun bütün əsərləri çox dəyərlidir”.

İspan mənşəli rəssam Pablo Pikasso qeyri-adi işləri ilə hər kəsi heyrətləndirməklə XX əsrin bütün incəsənət dünyasına təsir etməyi bacarıb. Belə ki, məşhur rəssamın qiyməti milyon dollarlarla ölçülən əsərləri ilk dəfə 1901-ci ilin məhz bu günü nümayişə çıxarılıb.

Kubizmin banisi olan rəssam əsərlərində dünyanı gördüyü kimi deyil, təsəvvür etdiyi kimi çəkirdi. Məhz bu səbəbdən də, onun işləri ən çox tələb olunan və bütün dünyada ən qiymətli əsərlər olaraq qiymətləndirilən sənətkarlıq nümunələrinə çevrilir. Əsərlərini talismanına çevirən rəssam həmkarları olan gənc rəssamlarla əlaqə saxlayaraq, onları başqalarının əl işləri ilə müqayisə edir, nəticədə yaradıcılığının daha zəngin, çalarlı və maraqlı olduğunun fərqinə varırdı. Beləliklə, o getdikcə digərlərindən seçilir və əvəzolunmaz olduğunu düşünməyə başlayır. Hər bir rəssamın şöhrətə doğru gedən yolunun çətin və uzun olduğunu başa düşən Pablo Pikasso həyatını ideyalarına həsr edir.

1901-ci ildə o, Parisdə məşhur kolleksiyacı Volların qalereyasında əsərlərini sərgiyə çıxarır. Bu dövrdə dostunun ölümü Pabloya olduqca pis təsir bağışlayır və onun sənətində mavi dövr yaşanır. Rəssam “Oğlan uşağı ilə səfil” və bu kimi digər qəmgin rəsmlərin müəllifinə çevrilir. Onun bu əsərlərinin qəhrəmanları isə səfillər, kor insanlar və əyyaşlar idi. Məşhur “Hava şarı üzərində qız” əsərini yaradan sənətkarın yaradıcılığında mavi dövr tədricən çəhrayı dövr ilə əvəz olunur.

1904-ci ildən etibarən Pikasso Monmartrda məskan salır və burada “Meymunla akrobatın ailəsi” əsəri üzərində işləməyə başlayır. Qısa bir zamandan sonra onun əsərlərində həndəsi fiqurlar, naturmortların fraqmentləri və insana bənzəməyən üzlər əks olunmağa başlayır. Birinci dünya müharibəsindən sonra Pikassonun əsərlərində kubizm yoxa çıxır. Bir sözlə rəssam ideyalogiyasını əsərlərinə köçürməklə şəxsiyyətini əbədiyyətə təhfil verib desək, yanılmarıq.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri