Fəxr etdiyimiz HƏMVƏTƏNLƏR - TAHİR SALAHOV

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 648
Səs ver:
(səs: 0)
Tahir Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.1937-ci ildə onun atası Teymur Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilmişdir.Bu onun sonuncu iş yeri olmuşdur. 1937-ci il sentyabrın 29-da atasını həbs edib, ona trotskist-zinovyevçi əks-inqilabçı təşkilatının üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb, xalq düşməni damğası vurdular. O, doqquz aydan sonra iyulun 4-də isə güllələnmişdir. Protokolda yazılmışdı ki, istintaq zamanı Teymur Salahov özünü günahkar hesab etməyib, etiraz səsini ucaltmış, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarmış və bu qərar dərhal həyata keçirilmişdi. Evdar qadın olan anası Sona xanım beş uşaqla təkcə qalmışdır.Böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifənin 5 yaşı, körpə Leylanın isə cəmi 2 aylıq idi.

O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olmuşdur. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olmuşdur.1955-ci ildə "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. O, 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir. Diplom işi olan "Vaxtada" əsəri ilə Oktyabr inqilabının 40 illiyinə həsr olunmuş Ümumittifaq sərgisində iştirak etmişdir.Həmin ildə Tahir Salahov SSRİ Rəssamlıq İttifaqına üzvlüyə qəbul edilmişdir və gənclərin və tələbələrin VI Ümumdünya festivalı çərçivəsində Moskvada keçirilən gənc rəssamların əsərlərinin Beynəlxalq sərgisində iştirak etmişdir.1958-ci ildə "Səhər eşelonu" əsərini çəkmişdir.1959-cu ildə "Rezervuar parkı", "Neftçi" əsərlərini çəkmişdir. O, həmin ildə sosialist ölkələrinin təsviri sənət əsərlərinin Moskvada keçirilən Beynəlxalq sərgisində iştirak etmişdir.

1960-cı ildə "Təmirçilər" və "Qara Qarayevin portreti" əsərlərini çəkmişdir.1960-1961-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirmişdir. 1960-cı ildə "Xəzər üzərində" əsərini çəkmişdir. 1963-cü ildə Tahir Salahov sülhü müdafiə Sovet Komitəsinin və SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilmişdir.O, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. 1963-cü ildə Parisdə Beynəlxalq gənc rəssamların əsərlərindən ibarət sərgidə iştirak etmişdir.1963-1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. O, 1963-cü ildən 1974-cü ilə qədər M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb. 1964-cü ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.1966-cı ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdir. 1966-1970-ci illərdə 7-ci çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur. 1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq bədii sərgisində "Abşeron qadınları", "Bəstəkar Fikrət Əmirovun portreti" və "Aydan" işləri ilə iştirak etmişdir.1968-ci ildə SSRİ rəssamlar İttifaqının idarə heyətinin katibi seçilmişdir.

1970-1974-cü illərdə 8-ci çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.1971-ci ildə SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş Ümumittifaq rəssamlıq səgisində iştirak etmişdir.1972-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqı idarə heyətinin sədri seçilmişdir.Həmin ildə "SSRİ - bizim vətənimizdir" Ümumittifaq sərgisinin iştirakçısı olmuşdur.1973-cü ildə SSRİ Rəssamlarının IV qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi seçilmişdir.Professor elmi adı təsdiq edilmişdir.[1] 1973-cü ildən 1992-ci ilə qədər SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi olmuşdur. 1974-cü ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda Dəzgah Boyakarlığı Yaradıcılıq Emalatxanasına rəhbərlik etmişdir.1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilmişdir.1976-cı ildə Təsviri İncəsənət Beynəlxalq Assosiasiyasının icraiyyə komitəsinin üzvü seçilmişdir. 1977-ci ildə SSRİ rəssamlarının V qurultayında SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi seçilmişdir. O, həmin ildə Oktyabr inqilabının 60 illiyinə həsr olunmuş "Leninizm yolu ilə" Ümumittifaq sərgisində iştirak etmişdir. 1978-ci ildə Helsinkidə keçirilən "Realist" Beynəlxalq sərgisində iştirak etmişdir.Həmin il onun Moskvada əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur.1979-cu ildə Tahir Salahovun Yaponiyanın Tokio və Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur.O, 1979-cu ildən 1997-ci ilə qədər SSRİ Rəssamlıq Akademiyasının Rusiya Rəssamlıq Akademiyası rəyasət heyətinin üzvü olmuşdur.

1980-ci ildə 10-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir. Onun həmin ildə Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunmuşdur.1982-ci ildə Tahir Salahov SSRİ Rəssamlıq Akademiyasının rəyasət heyətinin üzvü seçilmişdir. O, həmin ildə Sofiyada realist anqajir rəssamlığı Triennalesində, Xorvatiyanın Riyeka şəhərində keçirilən Beynəlxalq rəsm biennalesində və SSRİ-nin yaradılmasının 60 illiyinə həsr edilmiş "SSRİ - bizim vətənimizdir" Ümumittifaq sərgisinin iştirakçısı olmuşdur. 1983-cü ildə SSRİ Rəssamlarının VI qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası plastik incəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilmişdir.1984-cü ildə 11-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir. O, həmin ildə Ümumittifaq "Yer və insanlar" sərgisində iştirak etmişdir və "Dananın portreti" əsərini çəkmişdir.Tahir Salahov 1984-cü ildən 1992-ci ilə qədər V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun Rəssamlıq və kompozisiya kafedrasının müdiri işləmişdir.1986-cı ildə "Xəzərdə səhər" əsərini çəkmişdir. 1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdir.

1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır. 1996-ci ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. O, 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilmişdir.

Bakıda Tahir Salahovun ev–muzeyi
2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilmişdir.2012-ci ildə Ulyanovskda keçirilən A.A.Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın - "Beynəlxalq Adlar" nominasiyasının laureatı adına layiq görülmüşdü.2012-ci ildə Bakının İçərişəhərtarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb.Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıbdır.

Şəxsi həyatı
1947-ci ildə Tahir Salahov Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Vansetta xanımla Tahir Salahovun nikahından Lara Salahova (1949), Alagöz Salahova (1953) və Aydan Salahova (1964) adlı 3 qız övladı dünyaya gəlib. Lakin sonradan cütlük arasında münasibətlər pozulub.Boşandıqdan sonra Tahir Salahov Varvara Salahova ilə ailə həyatı qurub.Onların 1977-ci ildə İvan Salahov adlı oğlu dünyaya gəlib.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri