İstifadə Qaydaları
Hörmətli Ziyarətçi! Qadınla.Com saytı Azərbaycan internet məkanında istifadəçi kontenti üzərində qurulmuş ən reytinqli qadın saytıdır. İstənilən bir şəxs öz məqaləsini asanlıqla (təmənnasız) saytda dərc etdirə bilər (reklam xarakterli məqalələr və təqdimatlar istisna olmaqla).

Bunun üçün aşağıdakı qaydalar nəzərə alınması kafidir:
1) Əgər məqalənin müəllifisinizsə: Bu zaman ad və soyadınızı (və ya istifadə etdiyiniz təxəllüsünüzü) bizimlə bölüşməyiniz lazımdır.
2) Əgər məqalənin deyil, fotoların müəllifisinizsə: Bu zaman məqalənin sonunda Fotoqraf olaraq ad və soyadınızı (və ya istifadə etdiyiniz təxəllüsünüzü) bizimlə bölüşməyiniz lazımdır.
3) Əgər məqaləni tərcümə etmisinizsə: Bu zaman məqalənin əsas mənbəyinin linkini və Tərcüməçi olaraq ad və soyadınızı (və ya istifadə etdiyiniz təxəllüsünüzü) bizimlə bölüşməyiniz lazımdır.
4) Əgər məqalə üzərində haqq sahibi deyilsinizsə: Bu zaman məqalənin əsas mənbəyinin linkini bizimlə bölüşməyiniz lazımdır.

Müəllif hüquqlarının pozulması halında:
1) Məqalənin saytda dərc olunmasına birbaşa olaraq göndərən istifadəçi məsuliyyət daşıyır, administrasiya heç bir məsuliyyət daşımır.
2) Əgər məqalənin müəllifi öz haqqlarının pozulmasının şahidi olarsa, bu zaman administrasiyanı bu haqda məlumatdırmalı və müəllif olaraq adının qeyd edilməsini tələb etməlidir.

Administrasiyaya məlumat vermək qaydası:
1) Əgər Siz məqalə müəllifisinizsə və məqalədə müəllif olaraq adınızın qeyd edilməsini istəyirsinizsə, bu zaman Sizə məxsus olan məqalələrin saytdakı linkini və sizə məxsus olmasını sübut edən link və məlumat göndərməyiniz xahiş olunur. Bu halda məqalədə mənbə olaraq hiperlink yerləşdirilir.
2) Əgər Siz məqalə müəllifisinizsə və Sizdən icazəsiz məqaləniz yayılmışsa, bu məqaləni saytdan sildirmək üçün müraciət edə bilərsiniz...

P.S. Nəzərə alınmalıdır ki, internet istifadəçiləri bəzi hallarda hiperlink yerləşdirmədən informasiya yayırlar (saytlara göndərirlər). Bu nöqsandan dolayı sayt rəhbərliyi deyil, səbəbkar məsuliyyət daşıyır...
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri