Kartof dilimlərini soyuducuda saxlayın, sonra... - GÖZƏLLİK SİRLƏRİ

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 409
Səs ver:
(səs: 0)
Gündəlik iş stressi, zərərli vərdişlər, atmosfer çirkliliyi dərimizə mənfi təsir edir. Nəticədə isə dəridə qüsurlar yaranır.

Bu qüsurlar isə xanımı kompleksə salır. Bəs qüsursuz dəri üçün nə edə bilərik?
Üzünüzü gur, təzyiqli su ilə yuyun. Bu şəkildə duş qəbul etmək də dəri stressini azaldır.
Ayaqlarınızın barmaq ucları üzünüzə siqnal göndərir. Alnınızda yaranacaq qırışların qarşısını almaq üçün ayaq barmaqlarınızın üst qisminə müntəzəm aralıqlarla möhkəm basın.

Üzünüzü həftədə iki dəfə kremləyərək 5 dəqiqəlik masaj edin. Bunun üçün dairəvi hərəkətlərlə çənədən yanaqlara, alnın ortasından kənara doğru, burun yanlarından alnın ortasına doğru enib qalxaraq masaj edin. Ağzınızın ətrafını yuxarı doğru hərəkətlərlə ovun.

Hər gecə saat 24.00-dan əvvəl yatın. Bədənimiz ilk yuxu saatlarından gecə yarısına qədər böyümə hormonları ifraz edir. Bu hormonlar isə hüceyrə yenilənməsini hərəkətləndirir.

Yanaqlarınızın dərisini gərginləşdirmək üçün gimnastik hərəkətlər etməlisiniz. Bunun üçün ağzınızı bağlayın, yanaqlarınızı içəri doğru çəkdikdən sonra əllərinizin yardımı ilə yavaş-yavaş üzünüzü dartın.

Kollagen təbəqəsini hərəkətə keçirmək üçün 250 qram pomidor, qabığı soyulmuş yarım limon və bir yerkökü qatı meyvə pürəsi halına gətirin, bir damcı zeytun yağı və bir miqdar yod duzu əlavə edin. Bu maskanı üzünüzə çəkin.

Göz bəbəyi istiqamətində göz altındakı sümüklərin üzərinə ən az 5 saniyə basın.

E vitamin tərkibli kremlər hüceyrələrin gərilməsini azaldır. E vitamini dərini ultrabənövşəyi şüaların, nikotinin yaratdığı sərbəst radikalların mənfi təsirindən qoruyur.

Dəriniz üçün kompres də edə bilərsiniz. Belə ki, dörd damcı limon, iki damcı sərvi ağacı, ardıc ağacı yağını, iki litr qaynar suyun içinə tökün. Şəxsi üz dəsmalınızı bu qarışıma batırıb üzünüzə qoyun.

Kartof masajı dərinizi təzələyir və rahatladır. Əvvəlcə kartof dilimlərini 10 dəqiqə soyuducuda saxlayın. Dərini təmizlədikdən sonra soyulmuş kartof dilimləri ilə üzünüzə masaj edin. 15 dəqiqə boyunca kartofu üzünüzdə saxlayın. Suyu dərinizə təsir etdikdən sonra üzünüzü yuyun.

Oksigen maskasına da müraciət edə bilərsiniz. Hüceyrələr 10 dəqiqə içində oksigenlə zənginləşir. Nəticə olaraq dəri təzə və sağlam görünüşə qovuşur.

Narıncı işıq hüceyrələri canlandırır, mavi oksigen qəbulu artırır, sarı dərini ölü hüceyrələrdən təmizləyir. Rəngli işıq müalicəsini ancaq gözəllik mərkəzlərindən əldə edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 409
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri