Hicablı xanımlarımıza Özəl makiyaj məsləhətləri.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 4 280
Səs ver:
(səs: 0)
Tətbiq edəcəyiniz sadə taktikalarla həm baxımlı həm də təbii görünə bilərsiniz.

Əvvəlcə göz altlarınızda tünd rəng halqalar varsa, bunun üçün bağlayıcı məhsulları istifadə edə bilərsiniz. Beləcə daha canlı və istirahət etmiş bir dəri görünüşünə qovuşarsınız.

Dəridə bağlanılması lazım olan hər hansı bir yer varsa...

Dəri rəngiylə uyğun bir tonal krem, və ya kirşan istifadə edə bilərsiniz. Bu məhsulları istifadə edərkən incə bir təbəqə halında sürtməyə və çox olmamasına diqqət yetirməlisiniz.

Kompleksli və göz yoran bir makiyajdan uzaq dayanmaq üçün nə etməniz lazım olduğunu bilməlisiniz.

Gözlərinizi ön plana çıxarmalısınız. Bunun üçün etməniz lazım olan şeysə mütləq kiprik üçün tuş, qələm və ya sürmə ya da göz layneri istifadə etməkdir.

Göz qələmi

Sürmə ya da göz layneri istifadə edərkən göz ətrafını tamamilə çevrələməməyə və çox iddialı bir görünüş olmamasına diqqət göstərməlisiniz. Nə qədər təbii, o qədər gözəl... Əgər örtük yerinə yerinə şal istifadə etməyi seçirsinizsə; o zaman göz layneri istifadə etmənizi və gözlərinizin xaricinə doğru bir az uzatmanızı tövsiyə edirik.
Seçiminizi qələmdən yana istifadə edirsinizsə qara ya da örtüyünüzə bənzər rənglərdə bir göz qələmi istifadə edə bilərsiniz. Qara xaricindəki rəngli göz qələmləri də sizə çox yaraşacaq.

Seçim sizə qalıb, ancaq tonal krem ya da kirşan istifadə etdinizsə ənlik istifadə etməniz lazım deyil. Yenə də ənlik istifadə etmək istəyirsinizsə çox bənövşəyi olmayan, şaftalı tonlarını seçim edə bilərsiniz.

Dodaq

Dodaq boyası yerinə rəngli dodaq baxım kremlərini istifadə etmənizi tövsiyə edirik. Bununla həm daha təbii görünən həm də dodaqlarınıza əlavə baxım etmiş olacaqsınız.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 280
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri