Üz dərisi üçün maska

Şərhlər: 7
Baxılıb: 2 321
Səs ver:
(səs: 0)
Alma üzün dərisi üçün olduqca faydalı meyvədir. Buna görə də alma məhsulları içərisində olan alma sirkəsi də tərkibindəki maddələr sayəsində dərinizi ləkələrdən və izlərdən təmizləyir.

- Bir miqdar sirkəni pambığın üzərinə töküb yatmazdan əvvəl üzünüzü təmizləyin. Masaj edər şəkildə təmizləməyi unutmayın və hər gecə yatmazdan əvvəl tətbiq edin.

Şəfa qaynağı balın dəri ləkələrinə inanılmaz faydaları:

Bal tərkibindəki maddələr sayəsində dərinizi parladıb daha təbii görünməsinə köməkçi olur. Bal eyni zamanda dərinizi sızanaq ləkələrindən xilas edəcək.

- 1 xörək qaşığı bal

- 2 xörək qaşığı qatıq

- 5 damla limon suyu

Bunları bir qabda qarışdıraraq maska edin. Masaj edər şəkildə dərinizə tətbiq edib 10 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yuyun. Həftədə bir dəfə edə biləcəyiniz bu maska dərinizin sağlam olmasını təmin edəcək.

Maya maskası: Bir paket yaş maya ilə yarım limonu bir qabda maska edin, üzünüzə (göz altları istisna olmaqla) masaj edər şəkildə tətbiq edin. 10-15 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yuyun. Dəri ləkələrinə yaxşı gələn bu maska eyni zamanda qırışların qarşısını almaqda da olduqca faydalıdır.

Kahı maskası: 5 kahı yarpağını doğrayın, bir miqdar su ilə qaynadın. Daha sonra üzünüzü bu su ilə təmizləyin. Həftədə 2 dəfə edə bilərsiniz. Bu dərinizi ləkə izlərindən xilas edəcək.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri