Quru dərilər üçün MASKA

Müəllif: Love-Girl
Şərhlər: 8
Baxılıb: 4 391
Səs ver:
(səs: 1)
Ev şəraitində edilən kosmetik prosedurlar haqqında göstəriş: maskaların və istənilən kosmetik prosedurların edilməsi üçün ən yaxşı vaxt səhər saat 10-12, günorta saat 16-18, axşam saat 22-23 arasıdır.

Bananlı maska1 ədəd bananın qabığını soyub əzin. Əzilmiş banan üzərinə qaymaq əlavə edin, qarışdıra-qarışdıra bura kartof unu tökün. Maskanı tətbiq etmədən öncə gözətrafı dəriyə qidalandırıcı krem çəkin. Hazırlanmış maskanı nazik qatla dərinizə çəkin, quruduqdan sonra qırışların daha çox olduğu yerlərə bir daha çəkin. Sonra üzünüzü tənzif salfetlə örtün, 30-40 dəqiqə saxlayın. Maskanı isti suda isladılmış pambıqla silin. Bir gündən bir bu maskanı dərinizə tətbiq edin. Kurs 10 prosedurdur. 1-2 aydan sonra kursu təkrar etmək olar.

Yumurta sarısı ilə maska:
Çalınmış 1 yumurta sarısı və qaymağın üzərinə 1 xörək qaşığı çobanyastığı dəmləməsi əlavə edin. Tənzif salfeti isladıb üz-boyun dərisinə 15-20 dəqiqəlik qoyun.Yulaf unu ilə maska.1 hissə yulaf unu üzərinə 2 hissə qaymaq və ya rafinə edilməmiş bitki yağı əlavə edin. Maskani 20-30 dəqiqəlik üzünüzə çəkin, sonra yuyun.

Xamalı-ballı maska:
Quru dəri üçün təzə xamadan istifadə edin. Bir az turşumuş xama dərini qıcıqlandıra bilər. Xamanı 1 çay qaşığı bal və 1 damcı istənilən sitrus meyvəsinin şirəsi ilə qarışdırın, üzünüzə çəkib yuyun.

Ev şəraitində hazırlanan maska:
Bu maskanı hazırlamaq üçün sizə lazımdır: 15 qram maya, 2 xörək qaşığı kəsmik, 1 çay qaşığı bitki yağı (zeytun yağı), 4 ədəd doğranmış qoz.Maya və kəsmiyi qarışdırıb, 20 dəqiqəlik isti yerdə saxlayın. Sonra ora digər inqrediyentləri əlavə edib qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə sonra isti su ilə yuyun.

Maya, yağ və südlü maska:
1 xörək qaşığı maya, zeytun yağı və bir az südü qarışdırıb, üzünüzə çəkin, 20 dəqiqə saxlayıb yuyun

Dondurulmuş qarpız şirəsi:
Belə şirə ilə üzünüzü silin, 10 dəqiqə sonra yuyunun.

Yağlı-yumurta sarılı maska:
Yarımçıq yumurta sarısını çalıb, ora 1 damcı zeytun yağı əlavə edin. Maskanı dərinizə çəkin, 15-20 dəqiqə saxladıqdan sonra isti suya batırılmış pambıqla silin.

Portağallı maska:
Yarımçıq portağalın şirəsini 1 yumurta sarısı, 1 xörək qaşığı bitki yağı və 1/2 qaşıq balla qarışdırın, üz və boyun dərinizə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.

Südlü (qaymaqlı) kartoflu maska:
1 ədəd suda bişmiş əzilmiş kartofu süd (yağlı dəri üçün) və ya qaymaqla (quru dəri üçün) qarışdırın, isti şəkildə üzünüzə çəkin.

Köklü maskalar:
1. Kökü sürtkəcin xırda gözündən keçirib, onu 1 yumurta sarısı ilə yaxşı-yaxşı qarışdırın, üzərinə 2-3 damcı limon şirəsi və bitki yağı əlavə edib qarışdırın, üzünüzə çəkin, 15-20 dəqiqədən sonra isti su ilə yuyun.2. 2 ədəd təzə kökü sürtkəcdən keçirin, 2 xörək qaşığı kartof unu və 1 yumurta sarısı əlavə edib qarışdırın. Təmizlənmiş dəriyə çəkin. Bu maska dərini ətraf mühitin mənfi təsirindən qoruyur, qırışları hamarlaşdırır.

Mayalı maska:
(maya+süd+yağ)20 qram mayanı 1 xörək qaşığı süd və bitki yağı ilə qarışdırın, üzünüzə çəkin. 15-20 dəqiqə sonra isti suya batırılmış pambıqla üzünüzü silin:.

Təbii kartof maskası:
1 ədəd kartofu soyun, süddə bişirib əzin, üz-boyun dərinizə çəkin, 15-20 dəqiqədən sonra yuyun.

Ballı-balıq yağlı maskaEyni miqdarda bal və balıq yağını qarışdırın, üz dərinizə çəkin, 15-20 dəqiqədən sonra yuyun. Bu maskadan sonra piqment ləkələri və qırışlar yox olur, dəri problemləri aradan qalxır və dəri cavanlaşır. Maskadan 16 yaşından başlayaraq istifadə etmək olar.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 391
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri