Üzdəki ləkələri aparan və dərini ağardan DÜYÜ MASKASI

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 5 684
Səs ver:
(səs: 2)
Üzdəki ləkələr bir çoxlarımızı narahat edir.Qadınla.Com-ın verəcəyi düyü maskası ilə dərinizdə yaranan tünd ləkələrdən qurtula biləcəksiniz.

Düyü suyu maskası

1-ci mərhələ
Bir kasaya 2 fincan düyü tökün. Qabın yarısı dolana qədər isti su əlavə edin. Və qaşıqla qarışdırın.

2-ci mərhələ
Düyünün suyu çıxana qədər qarışdırın. Düyünün suyunun çıxması üçün 30 dəqiqə saxlayın. Daha sonra düyünü suyundan ayırın.

3-cü mərhələ
Maskanızı istifadə etmək üçün kağız dəsmal seçin. Kağız dəsmalın göz və ağız qismlərini kəsin. Daha sonra kağız dəsmalınızı düyü maskasının içinə batırın.

4-cü mərhələ
Kağız dəsmalı düyü maskasından çıxarın və sıxın. Sonra onu üzünüzdə 15 dəqiqə saxlayın.

Düyü unlu maska
1-ci mərhələ
Bıçaqla kiçik bir kartof soyun və rəndələyin.

2-ci mərhələ
Rəndələnmiş kartof suyunu bir kasaya sıxın.

3-cü mərhələ
Kartof suyuna düyü unu qatın, hər səfərində bir tutam düyü unu əlavə edin.

4-cü mərhələ
Hazır olan maskanı üzünüzə masaj şəklində vurub 15 dəqiqə saxlayın. Sonra ilıq su ilə durulayın.

Südlü düyü maskası:
Bir ovuc düyünü üyüdün. Bir stəkan südü əldə etdiyiniz una əlavə edib qarışdırın.Məcunu üzünüzə və boynunuza vurub, 20-30 dəqiqə saxlayın. İlıq su ilə durulayın.Hər həftə bir neçə dəfə bu maskaları tətbiq etdiyinizdə 1 ay ərzində dərinizin daha ağ və canlı görünəcəyini hiss edəcəksiniz.Düyü maskası sadəcə dərinizi ağartmır, həm də qırışları azaldır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri