Üzdəki məsamələriniz tamamilə təmizlənəcək – MASKALAR

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 3 506
Səs ver:
(səs: 0)
Gündəlik həyatda yediyimiz qidalar həmçinin dərimizə qulluq vasitəsi kimi də istifadə olunduqda inanılmaz təsir göstərir.

Qadınla.Com sizə evdə asan hazırlayacağınız dəriyə qulluq maskalarını təqdim edir.

Yumurta ağı maskası

Bu maska ilə məsamələriniz bütün çirklərdən tamamilə təmizlənəcək. Əvvəlcə yumurtanın sarısını ağından ayırın və ağını yaxşıca çırpın. Üzünüzə kağız dəsmal qoyun və yumurtanın ağını kağız dəsmalın üzərinə sürtərək üzünüzə qoyun. Qurumasını gözləyin və yavaşca soyun. Daha sonra üzünüzü ilıq su ilə yuyun.

Ballı avokado maskası
Yorğun olduğunuzda və bir az rahatlanmağa ehtiyac duyduğunuzda edəbiləcəyiniz bir maskadır.
1 avokado
1 stəkan yulaf əzməsi
1 yemək qaşığı alma sirkəsi
2 xörək qaşığı bal
1 çay qaşığı limon suyu

Avokadonu yuyun, soyun və sonra əzin. Yulaf əzməsini əlavə edin, qarışdırın və daha sonra qalan ərzaqları əlavə edin. Qarışımı dərinizə vurun. 20 dəqiqə saxlayın və daha sonra su ilə yuyun.

Yumurta sarısı və zeytun yağı maskası
Cildinizin yorğun olduğunu və qidalanmaya ehtiyacı olduğunu düşünürsünüzsə, bu maskadan rahatlıqlaistifadə edə bilərsiniz.
Bir yumurta alın və sarısı ilə ağını ayırın. Yumurtanın sarısını 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Dərinizə vurun və 20 dəqiqə saxlayın. İlıq su ilə yuyun. Əgər sizi rahatladacaq bir qoxu varsa, lavanta və ya qızılgül suyu kimi qarışıqları da içinə əlavə edə bilərsiniz.

Kartof püresi, süd və badam yağı maskası
Bu maska sızanaqlardan qurtulmanıza vədərinizin tonunu açmağa köməkçi olur.
Bir kartofu qaynadaraq əzin.
2 çay qaşığı süd və 1 çay qaşığı badam yağı əlavə edin. Qarışımı dərinizə sürtün və 20 dəqiqə saxlayın. İlıq su ilə yuyun. Yaxşı nəticə əldə etmək üçün həftədə iki, üç dəfə bunu təkrar edin.

Pomidor maskası
Bu xüsusi maska məsamələri təmizləməklə yanaşı, üzdəki tüklərdən qurtulmağa da yardımçı olur. Bir pomidorun qabığını soyun və suyunu sıxın (toxum və ət olmadan).
1 yemək qaşığı pomidor suyu, 1 xörək qaşığı jelatin tozuvə 1 xörək qaşığı süd ilə yaxşıca qarışdırın.
Qarışımı hazırladığınız qabı, isti suyun içinə qoyaraq İsidin. Bir neçə damcı bal əlavə edin və təkrar qarışdırın.Bir az soyuduqdan sonra dəriyə vurun. Qurumasını gözləyin və yavaşca soyun.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 506
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri