Ləkəsiz və işıqlı bir cild üçün sarıkök maskası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 4 827
Səs ver:
(səs: 0)
Dəri ləkələriniz varsa, rəng tonun açılsın daha parlaq bir görünüşünüz olsun istəyirsinizsə bu maska tam sizə görə. Həyata keçirilmə müddəti 15 dəqiqədir. Həftədə iki dəfə edə bilərsiz.

Maska üçün lazım olanlar:

1 çay qaşığı sarıkök
1 çay qaşığı bal
1 çay qaşığı qəhvə telvəsi
1 yemək qaşığı qatıq (süzmə olsa daha yaxşı)

Hazırlanma qaydası:

Bütün materialları bir kasa içində qarışdırıb üzünüzə tətbiq edirsiniz. 15 dəqiqə qaldıqdan sonra ilıq su ilə üzünüzü təmizləyirsiniz.

NƏYƏ YAXŞI GƏLİR?

Sarıkök: İçindəki kalsium sayəsində dərinin üst təbəqəsini yeniləyir. Maqnezium sayəsində yaşlanmanı gecikdirir dərinin parlamasını təmin edir. Və c vitamini sayəsində kolejen prosesinə yardımçı olur.

Qəhvə və Bal: Sızanaq ləkələrinə çox yaxşı gəlir. Ecazkar bir antioksidandır.

Qatıq: Bildiyiniz kimi çox yaxşı bir nəmləndirici.

XƏBƏRDARLIQ: Əgər sarıkök keyfiyyətli deyilsə bir neçə saat üzünüz sarı rəng görünə bilər.

NOT: Hər maskadan əvvəl dərinizin kiçik bir yerində allergiya testi etməyiniz tövsiyə olunur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri