Üz üçün tez hazırlanan və çox faydalı maskalar

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 573
Səs ver:
(səs: 0)
Bəs soyuq havalarda quru dərini nəmli saxlamaq üçün nə etməliyik?

Pomada.az bu barədə vacib nüansları təqdim edir:

Soyuqda əlcək geyinin. Bu dərinizi qorumağa kömək edəcək.

Duşda çox qalmayın. Duşdan çıxdıqdan sonra isə mütləq şəkildə nəmləndirici kremlərdən istifadə edin.

Yağlı sabunlardan istifadə edin. Tərkibində qliserin, yağ miqdarı çox olan sabunlardan istifadə edilməlidir.

Kimyəvi təmizləyicilərdən qorunun. Yuyucu toz, asetonla təmasdan qaçının.

Çox dar geyinməyin. Dar paltarlar dəridə quruluq və həssaslıq yaradır.

Quruluğun qarşısını almaq üçün qidalanmağa da diqqət edilməlidir. Bunun üçün əsas olaraq bol mayedən istifadə edilməlidir. Bitki çayları, meyvə şirələri ilə də vücudun maye ehtiyacını təmin etmək mümkündür.

Həmçinin bitki yağları vasitəsilə də dərinizi nəmləndirməyə diqqət göstərməlisiniz.

Üzə qulluq.
Qışda üzə qulluq yaydan tamamilə fərqlidir. Ev şəraitində bir necə kiçik məsləhətə əməl etməklə, dəriyə yenidən nəm və gözəl görüntü qazandırmaq elə də çətin deyil. Evdə üzə qulluq üçün ən yaxşı vasitə zeytun yağıdır. Bu yağ həm daxili, həmdə xarici sağlamlıq üçün əvəzedilməz vasitədir.

1. Həftədə bir dəfə 1 qaşıq zeytun yağı və bir yumurtanı qarışdıraraq maska hazırlayın. Yaxşıca qarışdırılmış maskanı 20 dəqiqə üzdə saxlayın və ilıq su ilə yuyun. Bu maska ilə daha parlaq və az qırışmış üzə sahib olmanızı asanlaşacaq. Dərini təmizləmək üçün yerkökünü zeytun yağı ilə, nəmləndirmək üçün isə yağ ilə limonu qarışdırıb üzə sürtə bilərsiniz.

2. Qış günlərində dərinin ən yaxın dostlarından biri də kartofdur. Kartofu yuyun və soyun. Onu dilimləyərək gözlərin üzərinə qoyun və 30 dəqiqə saxlayın. Soyuq su ilə üzünüzü yuyun. Gündə iki dəfə bunu etsəniz, bir həftə sonra göz altındakı tünd halqaların necə yox olduğunu öz gözlərinizlə görəcəksiniz.

Təbii ki, yaxşı nəticə üçün idman, hərəkət və sağlam qidalanmağı da yaddan çıxarmaq olmaz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri