Yulafın cildə faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 473
Səs ver:
(səs: 0)
Yulaf qida dəyəri olduqca yüksək, həm bəsləyici həm də tox tutan lifli qidalar arasında yer alır. Çox ləzzətli, hazırlanması asan və bədənimizin gün ərzində ehtiyac duyacağı bir çox qida maddəsinə malik yulaf, yemək və ara paylarda istehlak edildikdə bədənin metabolizm sürətlənməsinə hətta uzun müddət tox tutan xüsusiyyəti də vardır. Bədən sağlamlığına bu qədər faydalı olan yulaf, aparılan araşdırmalara görə, dəriyə və saçlara da faydası var. Bütün detalları xəbərimizin detallarında görə bilərsiz.

Yulaf, dərinizi sızanaqlardan təmizləmək üçün ideal bir qida qaynağıdır.

Bir çox kosmetik məhsulu təbii yulafdan ibarətdir. Yulaf anti-enflamatuar quruluşdadır və dəriylə ən yaxşı şəkildə uyğunluq təmin edir. Cilddə qaşınma və batma kimi problemlər yaşayan insanlar, evdə yulaf maskası edə bilərlər.

Yulaf, dəri tonunu yaxşılaşdırmada və dəriyə parlaqlıq verməkdə faydalı bir qidadır. Dəri baxımı üçün gözəllik maskaları olmazsa olmazlarındandır. Eyni zamanda, dəridəki ləkəli bölgələrdə daha yaxşı bir görünüş qazandırmaqda kömək edir.

Yulaf əzməsi bədən losyonu, sabun və peeling kremləri kimi bir çox qulluq və kosmetik məhsulunda istifadə edilir.

Yulaf, sapoinler kimi tanınan təbii dəri təmizləyicilərindən ibarətdir. Dəliklərin içərisinə yerləşmiş arzuolunmaz yağ və bakteriya artıqlarını təmizləməyə qadirdir. Eyni zamanda dəriyə təbii bir yumşaqlıq qazandırar.

Asanlıqla ilıq su içərisində saxlanılmış yulaf ilə üzünüzü yuya bilərsiz. Sonra yulaf olmayan su ilə təkrar yaxalamağı unutmayın.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri