Üzdəki məsamələri təmizləyən maskalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 4 827
Səs ver:
(səs: 0)
Alma sirkəsi

Yüksək tərkibli təbii alma sirkəsi dəri üzərində artıq yağı aradan qaldırır və dərinin üst hissəsini təmizləyir. Su ilə qarışdırdıqdan sonra alma suyu sirkəsini dərinizə tətbiq edə bilərsiniz. Qara ləkələri məhv etmək istəyirsinizsə, üzünüzü isti su ilə yuyun, sonra tam təbii olan alma sirkəsini pambığa hopduraraq üzünüzü silin.

Yumurta

Yumurta ağı maskası haqqında bilməyən yoxdur. İçindəki vitaminlər və minerallar sayəsində qırışları aradan qaldırmaq üçün yumurta ağının istifadəsi faydalıdır. Yumurta ağını 1-2 çay qaşığı su ilə qarışdırın. Sonra dərinizə tətbiq edin, quruyana qədər saxlayın və soyuq su ilə yuyun.

Cəfəri maskası

Dəri və bədən sağlamlığı üçün faydalı olan Cəfəri, məsamələri təmiz saxlamağa imkan verir. Dəridə toksinləri aradan qaldıraraq tıxanan məsaməlerin açılması sivilcələrin azalmasına kömək edir. 5 budaq cəfərini yuyun. Sonra isti suya qoyun və su soyuyuncaya qədər gözləyin. Soyuduqdan sonra pambıq diski cəfərili suda isladıb üzünüzə tətbiq edin. 10-15 tətbiqdən sonra fərqi görəcəksiniz.

KARBONAT

Tərkibində istifadə olunan karbonat dərinin PH balansını tənzimləyir və dərini dərindən təmizləməyə kömək edir. Təmiz dəriyə tətbiq olunduqda, dərini gənc, sağlam, parlaq görünüşlü hamar olmağa imkan verir. Bir az su ilə 2 çay qaşığı karbonatı qarışdırın. Dərini dairəvi hərəkətlə tətbiq edin. Bir neçə dəqiqə buraxın, su ilə yuyun və sonra nəmləndirici vurun.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 827
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri