Dəri tipinə uyğun nəmləndiricilərdən istifadə edin

Şərhlər: 2
Baxılıb: 2 672
Səs ver:
(səs: 0)
Yayda kosmetik vasitələrdən istifadə edilməsi dəriyə təsirsiz ötüşmür. Xüsusilə gündəlik makiyaj günəşin şüaları ilə reaksiyaya girib dəriyə mənfi təsir göstərir.

Həkim-dermatoloq Solmaz Orucova deyir: "Günəşin ultrabənövşəyi şüaları dəriyə ziyan vurur. Ondan qorunmaq üçün günəşdən qoruyucu kremdən və vasitələrdən istifadə etməyə zərurət yaranır. Günəş şüalarının təsiri fotoqocalma verir, dəridə quruluq əmələ gətirir, xırda qırışlara və allergik reaksiyalara səbəb olur”.

Onun dediyinə görə, dəri tipinə uyğun nəmləndirici və ya qidalandırıcı kremdən istifadə edilməlidir. Bir neçə dəqiqə sonra günəşdən qoruyucu krem çəkilməli və onun üzərindən kosmetik vasitələrdən istifadə etməklə makiyaj tamamlanmalıdır”.

Makiyajın dəridən silinib təmizlənməsində daha çox nəm salfetlərdən istifadə olunması barədə həkim-kosmetoloq deyib: "Dəri yağlıdırsa, spirtli-nəmli salfetdən, quru və normaldırsa, adi nəmli salfetdən istifadə tam rahat şəkildə istifadə etmək olar. Günəş şüaları dəridə quruluq yaratdığına görə nəmli salfetlə üzün silinməsi balansın dəyişilməsinə mane olur”.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 672
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri