Qışda dəriyə düzgün qulluq etməyin yolları

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 440
Səs ver:
(səs: 0)
Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha problemli olur ki, üz dərimiz daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır. Nəticədə dərimiz stres vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.

Qadınla.Com bu səbəbdən üz dərinizə məhz qış fəslində necə qulluq etməyin yollarını sadalayır:

1. Səhərlər dərinin təmizlənməsi zamanı kosmetik gel, köpük və digər bu kimi vasitələrdən imtina etmək daha yaxşı olar. Bu vasitələr dərinin üzərində olan qoruyucu piy qatını dağıdaraq dərini müdafiəsiz edir. Xüsusi termal sudan və ya tərkibində spirt olmayan tonikdən istifadə etdikdən sonra dərinizə xüsusi qoruyucu krem çəkin, 15-20 dəqiqə gözlədikdən sonra kremin artığını salfetlə silin və daha sonra dekorativ kosmetikanı çəkin.

2. Qış aylarında skrablardan tez-tez istifadə etmək olmaz.

3. Qışda istifadə etdiyiniz dekorativ kosmetikada da müəyyən dəyişiklikər etmək lazımdır. Belə ki, pudra əvəzinə krem-pudradan istifadə edin, dodaq üçün olan parıltını yağlı pomada ilə əvəz edir. Kosmetika dəridə qoruyucu təbəqə yaradır ki, dəriniz daha yaxşı müdafiə olunur. Qışda suya davamlı olan kosmetikadan çox nadir hallarda istifadə edin. 

4. Qışda meyvə və tərəvəzlər az olur ki, bizim orqanizmimiz (o cümlədən də, dərimiz) vitamin çatışmazlığından əziyyət çəkir. Bu səbəbdən qışda qidalandırıcı maskaları yayla müqayisədə daha tez-tez (həftədə 2-3 dəfə) etmək lazımdır.
5. Hər axşam xüsusi gecə qidalandırıcı və nəmləndirici kremlərindən istifadə edin. 20 dəqiqədən sonra kremin artığını dəridən salfetlə silin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 440
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri