Avakadonun dəri üçün möcüzəvi FAYDALARI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 407
Səs ver:
(səs: 0)
Avakado yağı dəri üçün əvəzedilməz qulluq vasitəsidir.

Sağlam və düzgün bədən quruluşu arzulayanların süfrəsindən heç zaman əskik olmayan avakadonun dəriyə çox böyük xeyri var. Tərkibində yağların və vitaminlərin zənginliyi dəriyə çox sayda faydası var.

Dərini nəmləndirir

Uzun müddətli susuz qalan dəri üçün qırışlar və zərərlər qaçınılmazdır. Avokado yağı, A, C və E vitaminlərin köməyi ilə dəriyə lazım olan nəmi verir. Dərini nəmləndirərkən yağlı bir təbəqə yaratmadığı üçün, nəmləndirici kremlərdən fərqli olaraq, sızanaqların meydana gəlməsinə səbəb olmur.

Bundan başqa avokado yağı təbii bir qarışımdır. Bu xüsusiyyətinə görə, o dərinin nəfəs almasına və hüceyrələrin yenilənməsinə kömək edir. Beləliklə, dərinin yaşlanmasının, qırışların və sallanmasının qarşısını alır.

Dərisinin solğun görünüşündən şikayət edənlər üçün avokado yağı təbii bir həll yoludur. O tərkibindəki minerallar sayəsində dəriyə parlaqlıq verir. Eyni zamanda dərinin rəngini tarazlaşdırır və size körpə dərisi kimi yumşaq bir dəriyə qovuşdurur.

Bundan başqa tərkibindəki antioksidantların köməyi ilə avakado dərini zərərli gün şüalarından da qoruyur. Bundan başqa bu meyvə dəridən yaşla əlaqədər yaranan ləkələrin yaranmasının da qarşısını alır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 407
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri