Qara nöqtələr üçün maska

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 6 234
Səs ver:
(səs: 1)
Qara nöqtələr üçün təsirli maska
1 ədəd limon
bir kasa qatıq

Bir limonun suyunu yaxşıca sıxın. Daha sonra limon suyunu bir kasa qatığa tökərək qarışdırın. Hazırladığınız qarışığı üzünüzə gözlərinizdən başqa hər yerinə yaxın. Limon turşusu gözlərinizi yandıracağı üçün çalışın gözlərinizə dəyməsin. 15 dəqiqə sonra quruyaraq gərginləşdiyini görəcəksiniz. İlıq bol suyla maskanı yuyun. Bu maskanı həftədə 1 dəfə tətbiq edin və qara nöqtələrin yox olduğunu görəcəksiniz.

Üz nəmləndirici maska
1 yemək qaşığı süd
1 yumurta sarısı
nazik tənzif

Yumurta sarısı ilə südü yaxşıca qarışdırın. Bu qarışığı üzünüzün hər yerinə bərabər şəkildə yaxın. Daha sonra üzünüzü nazik tənziflə örtün. 15 dəqiqə gözlədikdən sonra kağız dəsmalla üzünüzü silərək təmizləyin. Əvvəlcə ilıq sonra soyuq su ilə üzünüzü yaxalayın. Bu maska həm dərinizi qidalandıracaq, həm də nəmləndirəcək.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 6 234
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri