Göz ətrafı üçün 3 ən yaxşı maska

Müəllif: Gülşən
Şərhlər: 4
Baxılıb: 3 498
Səs ver:
(səs: 0)
Üzə, boyuna qulluq nə qədər asandırsa, gözlərə və gözətrafına qulluq bir o qədər çətindir.

Bunun üçün də göz ətrafında istifadə edəcəyiniz maskalara diqqətlə yanaşmalısınız.
Göz altındakı dəri həssas olduğu üçün maskanı birbaşa dəriyə çəkmirsiz. Kiçik tənzif parçasının arasına yaxıb, sadəcə, qoyursuz. Belə maskanı həftədə 1 dəfə etsəniz kifayətdir. 15 dəqiqə saxlayıb, soyuq su ilə yaxalayırsız.

1. Şişkinlik, qaralma və torba əleyhinə: çiy kartofu sürtgəcdən keçirib, ona 1 çay qaşığı süd və 2 çay qaşığı un qatıb qarışdırırsız.

2. Qırışlar üçün: 50 qr. badam yağına 10 qr. vitamin E qatırsız, döyəcləməklə gözün ətrafına yeridirsiz. 5 dəqiqə sonra artıq yağı salfetə hopdurursuz.
 
3. Qaz ayağı göz ətrafı üçün: 1 xörək qaşığı balı 1 xörək qaşığı ələnmiş un və 1 yumurtanın ağı ilə qarışdırırsız.

Ehtiyatlı ol: maskalar (yağ əlavə olunmuşlardan başqa) tənzifin arasında ehmalca gözün altına qoyulmalıdır. Maskadan sonra gözü dartmaq, sürtmək, su ilə bərk ovxalayıb yumaq olmaz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 498
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri