Meyvəli 3 dəri maskası

Müəllif: Diablo
Şərhlər: 12
Baxılıb: 2703
Səs ver:
(səs: 0)
Çiyələk-limon maskası
Çiyələk-limon maskası, xüsusilə, yağlı dərilər üçün ideal maskadır. Çiyələk məsamələri sıxlaşdırır, limon suyu isə dərini ölü dərilərdən təmizləyir. Bal isə dərinin yaralarını və çatlaqları sağaldır.
Bir qabın içinə 1 fincanın dördə biri qədər çiyələk püresi, 2 yemək qaşığı limon suyu, 1 yemək qaşığı qatıq və 1 yemək qaşığı bal əlavə edin. Ərzaqları yaxşıca qarışdırın və püre halına salın. Maskanı dəridə 10 dəqiqə saxlayın. İlıq nəmli dəsmalla üzünüzü təmizləyin və soyuq su ilə yuyun.

Üzüm maskası
Maskada olan antioksidantlar dərinin ölü hüceyrələrdən təmizləməyə kömək edir. Maskanı hazırlamaq üçün 2 salxım qırmızı üzüm və 2 yemək qaşığı una ehtiyac var. Qabın içində üzümləri əzməli və suyunu çıxarmalısınız. Üzüm suyunun içinə məcun halına alana qədər un əlavə edib qarışdırın. Pambıqla köməyi ilə maskanı dərinizə çəkib 20 dəqiqə gözlədikdən sonra üzünüzü yuya bilərsiniz.

Ərik maskası
Tərkibindəki vitaminlər ilə dərinin ehtiyacı olan nəmi təmin edir. Bu maska dəridəki məsamələri təmizləyir. Maskanı hazırlamaq üçün biraz dəfnə yarpağına, biraz darçına, 6 yemək qaşığı ərik suyuna, 1 ədəd yumurtaya və yarım fincan südə ehtiyacınız var. Dəfnə yarpağı ilə darçını ərik suyunda bişirin. Bişən qarışıma yumurta ilə südü əlavə edin və krem halına gələnə qədər qarışdırın. Üzünüzə çəkdikdən sonra yarım saat gözləyin və soyuq su ilə üzünüzü yuyun.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 2703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri