Meyvə maskaları

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 9 462
Səs ver:
(səs: 2)
Armud Maskası
Bir ədəd dəymiş armudu soyub şüşə bir kasanın içində çəngəllə yaxşıca əzin. qalın bir təbəqə halında üzünüzə sürün. 15 dəqiqə gözlədikdən sonra dərinizi yuyun. Armud maskası dərini qidalandırmaq və sərinlətmək, üçün ideal bir maskadır.
Avokado Maskası (Dəri Qırışıqlıqları Üçün)
Bir dənə avokadonun qabıqlarını soyub çəngəllə əzin. İçinə yarım çay qaşığı bal, bir çay qaşığı alma sirkəsi və bir dənə çırpılmış yumurta sarısı əlavə edib yaxşıca qarışdırın. Qarışdırma əsnasında içinə üç yemək qaşığı zeytunyağını da yavaş - yavaş əlavə edin.
Üzünüzə, boyunuza və dekolte bölgənizə bol miqdarda çəkib yarım saat gözləyin daha sonra bu bölgələri ilıq su ilə yuyun. Qırışıqlıqlar və xüsusilə quru dərilər üçün təsirli bir maskadır. Ayrıca avokadonu sıyıq halında da tək başına dərinizə kompres edərək tətbiq edə bilərsiniz. Həm dəri baxımınızı etmiş həm də qırışıqlıqlarınızın itməsinə köməkçi olmuş olarsınız.
Çiyələk Maskası
Bir ovuc dolusu çiyələyi şüşə bir kasanın içində püre halına gələnə qədər çəngəl köməyi ilə əzin və üzünüzə çəkin. (Əgər quru bir dəriyə sahib sinizsə pürenin içinə bir neçə damla badam yağı və ya bir qaşıq süd kremi qatın.) 10 dəqiqə gözlədikdən sonra dərinizi ilıq su ilə yuyun. (Dəri Baxımınız üçün son dərəcə faydalı və təsirlidir. Ancaq allergiyası olan dərilər üçün təklif edilməz.)

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 9 462
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri