Təbii dəri maskası tərifləri

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 930
Səs ver:
(səs: 2)
MEYVƏ MASKALARI

Çiyələk: Bu meyvənin canlandırıcı və peeling təsiri vardır, quru dərilərə təklif edilər. Ancaq dartıcı  təsiri səbəbiylə on dəqiqədən çox dəridə tutulmamalıdır. Dörd iri çiyələyi əzərək bir yemək qaşığı nəmləndirici kremlə qarışdırın. Göz ətrafı xaric, bütün üzə incə bir təbəqə halında çəkin, almacıq sümükləri üzərinə daha qalın bir təbəqə halında çəkin və 5 dəqiqə gözlədin. Ayda iki dəfə tətbiqi kifayətdir.

Banan: Zəngin tərkibli qidalandırıcı bir meyvə olan banan solğun, köhnəlmiş həssas və quru dərilər üçün ideal bir maska vəsaiti. Ləkəsiz dəymiş bir bananın yarısını əzərək iki yemək qaşığı nəmləndirici kremlə qarışdırın. Üzünüzə çəkin və 15 dəqiqə gözlədin. Həftədə bir dəfə tətbiq edin.

Alma: Xüsusilə qarışıq dərilərə təklif edilir, çünki üzün yağlı olmayan bölgələrini qurutmaz. Bir qəhvə qaşığı  almanın içini yaxşıca əzərək iki qəhvə qaşığı nəmləndirici kremlə qarışdırın və 20 dəqiqə üzünüzdə saxlayın. Həftədə iki dəfə tətbiq edin.


Portağal: Meyvə turşusu baxımından təsirli olan portağal, problemli və yağlıya yaxın normal dərilər üçün təklif edilir. Portağalı sıxıb suyunu damla - damla iki qəhvə qaşığı nəmləndirici kremin içinə qatın. Maskanı üzünüzə çəkib 10 dəqiqə gözlədin. Həftədə iki dəfə tətbiq edin.

Limon: Yağlıya yaxın normal və problemli dərilər üçündür. Portağal maskası kimi hazırlanar. Ancaq üzünüzdə 5 dəqiqə gözlədin və problemlər düzələnə qədər həftədə iki dəfə tətbiq edin.

Üzüm: Qarışıq dəri problemləri üzün müəyyən bölgələrində (burun kənarları, çənə, əlin və s) məhdudlaşdırıldığından xüsusilə qarışıq dərilərə təklif edilir. Ancaq yorğun dərilərdə də yaxşı nəticə verir. Portağal maskası kimi hazırlayıb üzünüzdə 10 dəqiqə gözlədin. Həftədə bir dəfə tətbiq edin. 

 

TƏRƏVƏZ MASKALARI

Avokado: Xüsusilə yorğun və quru dərilər üçün, günəş vannası qəbul etmənin ardından tətbiq olunacaq ideal bir maska. Bir qəhvə qaşığı avokado içini əzib iki qəhvə qaşığı nəmləndiriciylə qarışdırın. Qalın bir təbəqə halında üzünüzə çəkib 15 dəqiqə gözlədin. Həftədə bir dəfə tətbiq edin.

 Çay: Genişləmiş məsamələri sıxışdırar, dərinin rəngini canlandırar. Yağlıya yaxın normal dərilər üçündür. Cökə maskası kimi hazırlayın və 10 dəqiqə üzünüzdə buraxın. Həftədə iki dəfə tətbiq edin.

Çobanyastığı: Sıxışdırıcı maddələr ehtiva etdiyi üçün xüsusilə yağlıya yaxın normal dərilərdə məsamələri sıxışdırıb toxumaları hamar edər. Cökə maskası kimi hazırlayın və üzünüzdə 20 dəqiqə saxlayın. 10 gün boyunca günaşırı tətbiq edin.

Nanə: Sərinlədici və canlandırıcıdır, yorğun dərini özünə gətirər, rahatlaşdırıb sərinlədər. Qarışıq dərilərlə yorğun dərilərə görədir. Cökə maskası kimi hazırlayıb 10 dəqiqə üzünüzdə saxlayın. Həftədə üç dəfə tətbiq edin.

 


YUMURTALI MASKA

Yumurtanın sarısı sıx bir şəkildə qidalandırıcı aktiv maddələr ehtiva edər. Solğun və qarışıq dəriləri canlandırmaq üçün idealdır. Təzə bir yumurtanın sarısını iki qəhvə qaşığı nəmləndirici kremlə qarışdırın. Qalın bir təbəqə halında üzünüzə çəkin və 20 dəqiqə gözlədin. Həftədə iki dəfə tətbiq edin.

BALLI MASKA

Həm qidalandırıcı, həm də canlandırıcı zəngin bir vəsaitdir bal. Bu maska rəngi solğun, yağlıya yaxın normal dərilər üçün ideal. Dərini dərininə təmizləyərək canlandırar. Yarım qəhvə qaşığı balı, iki qəhvə qaşığı nəmləndirici kremlə qarışdırın və 15 dəqiqə üzünüzdə buraxın. Həftədə bir dəfə tətbiq edin.

BUZ MASKASI

Bu maska bütün dərilərə tətbiq oluna bilər. Dərini dartar, toxumaları yığışdırar və hamar edər. Üzünüzə və boyunuza qalın bir təbəqə halında nəmləndirici kreminizi çəkin, sonra da bir parça buzu yavaş - yavaş krem üzərində gəzdirin. Bu əməliyyatı üzünüzü canlandırmağa ehtiyac hiss etdiyiniz hər vaxt təkrarlaya bilərsiniz.

 /Mənbə.Qadınlar.biz/

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 930
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri