Dəri və saçları qidalandıran badam yağı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2995
Səs ver:
(səs: 1)
Badam yağının saçlara faydaları:

Köhnəlmiş saçlara sahib olmağı heç birimiz istəmərik. Televiziyalardan, jurnal və internet saytlarından gözəl saçlara sahib olan xanımları izləyirik, diqqət yetirsəniz ən məhşur şampun markalarının tərkibində badam yağının olması haqqında dəfələrlə söylənilib. Badam yağı tərkibinə görə təbabətdə də öz keyfiyyətini sübut etmişdi. Dəri və saçlar üçün son dərəcə faydalıdır. İçindəki vitaminlər, minerallar ilə badam yağı günəşin dərimizə verdiyi zərərlərdən qorumaq və dərini cavanlaşdırmaq üçün möcüzəvi bir bəsləyicidir.

Saçlarınızın daha gur, sağlam və parlaq görünməsinin yolu badam yağının istifadəsindən keçir. Belə bir görünüş əldə etmək istəyiriksə, otaq istiliyindəki badam yağını barmaq uclarımıza çəkdikdən sonra saç diblərinə kiçik hərəkətlərlə, masaj edərək tətbiq edə bilərik. Badam yağını saç diblərinə yedirdikdən sonra bone taxaraq ortalama yarım saat gözlətməliyik. Daha sonra isti su köməyi ilə badam yağını təmizləyə bilərik.

Badam yağının dəriyə faydaları:

Tərkibi B və E vitaminlərindən zəngin badam yağı dəri üçün mükəmməl bir nəmləndiricidir. Dərini yumşaldar, hamar görünüş təmin edər. Günəşin zərərlərinə qarşıda təsirli olan badam yağı günəş qoruyucu və yeniləyici olaraq son dərəcə faydalıdır. Badam yağı dərinin yaşlanma müddətini də yavaşladar, qırışıqların meydana gəlməsini mane olar. Dəriyə parlaq görünüş də təmin etdiyi kimi incə xəttləri yox olmasında çox təsirlidir.

Dərini nəmləndirən ənənəvi badam südünü necə əldə edək?

1. Badam, bal və mineral suyu bir qabda qarışdırın. 2 saat gözlədin. Qarışığı süzüb qapaqlı bir şüşəyə alın. Pambıqla yüzünüzə və ya boyunuza nəzakətlicə tətbiq edin. 20 dəqiqə gözlədin. Səhər və axşam istifadə edin. Soyuducunda 3 gün saxlaya bilərsiniz.

2. 50 qr çəkilmiş badam, 2 yemək qaşığı bal, 500 ml mineral suyunu qarışdırın. Üz dərinizə hər səhər badam yağı sürtün və barmaqlarınzla masaj edin, amma üzünüzdə makiyaj olmamalıdır, yəni dəri təmiz olmalıdır. Bu tətbiqi müəyyən fasilərlə etsək daha sağlam bir görünüş əldə edərik. Tək tətbiqdə təsirini görmək mümkün deyil. Bundan ötəri təsirini görmək üçün tələsik etməmək lazımdır.

Badam yağının kipriklərə faydası:

Badam yağı kirpiklərin sıx, gur və uzun olmasını təmin edir. Gecə yatmamışdan əvvəl kipriklərinizə badam yağı çəkin. Tez bir zamanda kipriklərinizin canlanıb uzandığının şahidi olacaqsınız.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri