Dəriyə faydalı kivi maskaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 640
Səs ver:
(səs: 1)
Kivi xüsusi bir meyvədir. Digər meyvələrdə olduğu kimi onun da tərkibində asitlər və daha çox C vitamini var. Kivinin bir başqa özəlliyi də həzminin çox asan olmasıdır.
Çox vaxt yeməkdən sonra yeyilən meyvə mədəni köpürdür, yediklərimizin yağa dönməsini asanlaşdırır. Ancaq burda iki istisna meyvə var: çiyələk və kivi.
Kivinin təribində olan asitlər dərinizi təzələyir. Ölü dərini təmizlədiyi üçün dəri canlanır, elastikliyi artır. Antibakterial özəlliyi olduğundan sızanaqlara yaxşı təsir edir.
C, B vitamini, kalsium, maqnezium, fosfor kimi minerallarla zəngindir.
Bu maskaların hansını tətbiq edirsiz edin hər birini ilıq və soyuq suyla ardıcıl yuyun,  yumşaq dəsmalla qurulayıb nəmləndirici sürtün.
 
Dilimlənmiş kivi halqaları
Tam yetişməmiş kivinin qabıqlarını soyun, sonra iti bıçaqla nazik dlimlərə ayırın. Halqaları üzünüzə düzüb 5-15 dəqiqə belə saxlayın.
 
Kivi suyu ilə kompres
Kivini blendrlə maye halına gətirin. Steril sarğı parçasını bu suya batırıb üzünüzə kompres edin. 10 dəqiqə belə edə bilərsiz.
 
Kivi suyu + gil
Kivi suyuna bir miqdar gil əlavə edib təmiz kiçik taxta qaşıqla krem halına gətirin. Üzünüzə sürtüb 10 dəqiqə gözləyin. Yağlı və sızanaqlı dərilər üçün çox effektlidir.
 
Qalın və yağlı dəri
Dəriniz yağlı və qalındırsa, kivi maskaları sizin üçün idealdır. Dərinizdəki məsamələri sıxlaşdırar və yağlanmanı nizamlayar. Tam yetişməmiş kivi istifadə edin. Həftədə iki dəfə 15 dəqiqəlik kivi maskası edin. Əgər sızanaqlarınız varsa, gilli maska seçin.
 
Yağlı və incə dərilər
Kivinin tərkibindəki C vitamini sayəsində kollagen sintezi artar və dəri gərilər. Həftədə 2 dəfə 5 dəqiqəlik maskalar sizə yetərlidir.
 
İncə və quru cild
Ən həssas dəri tipidir. Baxıma çox ehtiyacı var. Özəlliklə kivinin qabıq qismini istifadə edn. Həftədə 2 dəfə 5 dəqiqəlik.
 
Normal dəri
Kivi maskaları bu cür dərinin rəngini daha da açar, müsbət effekt verər. Həftədə 2 dəfə 10 dəqiqəlik edin.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri