Yağlı dəri üçün cavanlaşdırıcı maskalar

Müəllif: yasemin
Şərhlər: 10
Baxılıb: 4 136
Səs ver:
(səs: 2)
Balıq kürüsündən də (qara və qırmızı kürü) çox gözəl cavanlaşdırıcı maskalar alınır: bir çay qaşığı kürünü bir yumurta sarısı ilə qarışdırınŞ Məhlulun qatı olması üçün ağ çörək və ya un qata bilərsiniz. 15-20 dəqiqəlik üzünüzə çəkin və ilıq su ilə yuyun.

***

Yenicə qaynadılmış kartofu əzib pürə şəklinə gətirin. bir xörək qaşığı püreni bir xörək qaşığı xamavə 2 çay qaşığı limon şirəsi ilə qarışdırın. Üzünüzə mümkün qədər isti halda qalın layla çəkin. 15-20 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.

***

Cəfəri və gicitkan yarpağını eləcə də qızılgül ləçəklərini xırda doğrayın və əzin. Alınmış bitki məhlulunu bir xörək qaşığı zeytun yağı, bir çay qaşığı əridilmiş arı şanı ilə qatın. Maska üzə isti halda çəkilir. Üzünüzdə 15 dəqiqə saxladıqdan sonra isti suyla yuyun.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 4 136
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri