Dərinin təbii parıltısı və təravətini qorumaq üçün günəşdən qorunmaq şərtdir.
Rəngli maskanı hazırlamaq üçün 1 qaşıq qatıq, 1 təzə limon suyu (əgər dəriniz qurudursa, limondan az istifadə edin), 1 çay qaşığı yaşıl çay tozu istifadə edilməlidir. Bütün ərzaqları qarışdırıb göz ətrafı istisna olmaqla bütün üzünüzə və boynunuza çəkin. Maskanı tamamilə quruyana qədər yəni, 15-20 dəqiqə saxlayın. İlıq su ilə yaxalayın.
1 ədəd kartofu rəndələyin. Suyunu çıxardıqdan sonra üzərinə 1 xörək qaşığı buğda unu, 1 çay qaşığı qabartma tozu və 1 çay qaşığı süzmə qatıq əlavə edib qarışdırın. Bu qarışığı dərinizə sürtün. Dəriniz maskanı əmdikcə yenidən sürtün. 30 dəqiqə çəkdikdən sonra maskanı ovaraq üzünüzdən çıxarın və ilıq su ilə yuyun. Həftədə 1 dəfə çəkmək kifayətdir.