Günəş yanığını ən qısa zamanda sağaldan təbii üsullar

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 5 737
Səs ver:
(səs: 0)
Yay aylarında bir çox insan günəş yanığından əziyyət çəkir. Çimərlikdə günəş vannası alarkən yuxuya gedənlər və ya gün altında işləməyə məcbur olanlar bu problemlə daha çox üzləşirlər. Uşaqların dərisi həssas olduğu üçün onlar da günəş yanığı təhlükəsi altındadırlar.

Bəs günəş yanığı zamanı dəriyə necə müdaxilə etmək lazımdır?

Soyuq su və ya buzla müdaxilə
Ağrını azaltmaq üçün yanan bölgəyə soyuq su vura və ya həmin bölgəni buzla masaj edə bilərsiniz.

Su içmək
İmmunitetinizin güclənməsi və dərinin özünü bərpa etməsi üçün gündə 8­10 stəkan su için. Qəhvə, spirtli və qazlı içkilər içməyin. Bunlar dəri hüceyrələrinin yenilənməsini ləngidir.

Nəmləndirici krem
Günəş yanığı olan bölgəyə nəmləndirici krem və losyonlar çəkmək olar. Kremdən öncə dərini isladın, beləliklə məhsulun təsiri daha da artacaq.

Sağlam qidalanma
Dərinin yanmış hüceyrələrinin yenilənməsi üçün qidalanmaya xüsusi diqqət etmək lazımdır. Bunun üçün  antioksidantlarla zəngin qidalara üstünlük vermək olar. Böyürtkən, çiyələk, alça, qaysı, ərik, lobya kimi qidalar dərinin yenilənməsini təmin edəcək.

Günəşdən qorunun
Əgər dərinizdə günəş yanığı varsa, heç olmasa 1 həftə günəş vannası qəbul etməməlisiniz. Çünki günəşdən yanmış dəri çox həssas olur, həmin bölgədə ləkələrin yaranması ehtimalı çoxdur. Ona görə də, maksimum dərəcədə Günəşdən müdafiə olunmalısınız.

Suluqlara toxunmayın
Günəş yanığı dəridə suluqların yaranmasına səbəb olur. Bu suluqlara toxunmaq olmaz. Çünki infeksiya yoluxa bilər.
Əgər suluqların rəngi sarıdırsa, qaşınır və ağrıyırsa, infeksiyadan şübhələnməlisiniz. Belə halla üzləşdikdə dərhal həkimə müraciət edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri