Ən yaxşı qatıqlı maskalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 910
Səs ver:
(səs: 2)
Qatıq çox gözəl təmizləyici və qidalandırıcı xüsusiyyətlərə malikdir. Dərini ipək kimi yumşaq,zərif edir. Qatığın inanılmaz ağardıcı təsiri var.

Qatıqlı maskaların tətbiqi qaydaları:
- Maskanı üzə çəkməzdən qabaq dərini tonik ya da lasyon ilə təmizləyin.
- Maskanı üz, boyun və dekolte nahiyəsinə tətbiq edin. Yaşı biruzə verən nahiyə məhz üçüncü nahiyədir!
- Maskanı davamlı olaraq üz və boyun əzələləri xətti boyunca çəkin.
- Maskanı reseptdə göstərilən vaxtdan artıq saxlamayın.
- İlıq su ilə yumaya başlayıb,soyuq su ilə bitirin.

Qara nöqtələr əleyhinə qatıq maskası.
Bunu hazırlamaq üçün yulaf,buğda və düyü unu,həmçinin,yarım çay qaşığı soda lazımdır. Verilənlərə aparana qədər qatıq süzüb qarışdırın ( maska qatı xama konsistensiyasında olmalıdır) . Maskanı üz dərisnə,əsasən də problemli nahiyələrə çəkin,12-15 dəqiqə qalsın. Bu vaxt ərzində problemli nahiyələri aktiv şəkildə ovxalayın. Yuyun.
Belə maska özündən qabaq buxar vannası tələb edir. Bu,problemli dərini maskadan tam faydalanmaq üçün hazırlayır.
Genəlmiş məsamələr üçün qatıq maskası
Belə maska məsamələri ustalıqla daraldır,dərini təmizləyir. Bunun üçün 1 ç/q bal,1 yumurta ağı və 3 ç/q qatıq lazımdır. Yaxşıca qarışdırıb təmizlənmiş ( üstəlik buxar vannası da qəbul etmiş dəri olsa super effekt olacaq) dəriyə çəkilir. 15 dəqiqədən sonra tövsiyyəyə əməl edərək yuyun.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 6 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri