Kokos yağı ilə özünüzü yenidən yaradın!

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 7 149
Səs ver:
(səs: 2)
Müxtəlif kremlərdən istifadə etsəniz belə, dəriniz istədiyiniz kimi sağlam və qüsursuz görünmür? Deməli, sizin də kokos yağı ilə tanışlığınızın vaxtı çatıb.

Normal dəri üçün kokos maskası
Tərkibi:
1 xörək qaşığı kokos yağı
2 çay qaşığı bal
Yarım çay qaşığı limon şirəsi

Hazırlanması:
Bütün məhsulları kiçik bir qabın içərisind qarışdırın və təmiz dəriyə çəkin. Üzünüzdə xəfif qıcıqlanma hiss etsəniz, narahat olmayın, bu, normaldır. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə üzünüzü yuyun.

Faydaları:
Maskanın tərkibindəki kokos yağı dərini nəmləndirir və hüceyrələri yeniləyir. Bal isə həm dərini nəmləndirir, həm də detoks effekti verir. Limon şirəsi yağlanmanın qarşını alır, həmçinin, məsamələri daraldır.

Yağlı dəri üçün kokos maskası
Tərkibi:
1 xörək qaşığı kokos yağı
Yarım banan (qaralıb yumşalmış)
Yarım çay qaşığı sarıkök

Hazırlanması:
Çəngəllə bananı əzin. Üzərinə sarıkökü və kokos yağını əlavə edin. Təmiz dəriyə çəkib 15 dəqiqə gözləyin. Daha sonra üzünüzü soyuq su ilə yuyun.

Faydaları:
Maskanın tərkibindəki sarıkök iltihabların qarşısını alır. Yəni, dəridəki sızanaqları qurudur və yeni sızanaqların yaranmasına mane olur. Banan və kokos yağı dərini nəmləndirir. Banan dərinin həddən artıq yağlanmasının qarşısını alır.

Quru dəri üçün kokos maskası
Tərkibi:
1 xörək qaşığı kokos yağı
1/2 çay qaşığı kokos
1/4 dəymiş avokado

Hazırlanması:
Avokadonu soyub hamar hala gələnə kimi əzin. Üzərinə kokosu və kokos yağını əlavə edib qarışdırın. Üzünüzdə 15 dəqiqə saxlayın. İlıq su ilə üzünüzü yuyun.

Faydaları:
Kokos dəri hüceyrələrini yeniləyir. Həmçinin, dərinin qabıq verməsinin qarşısını alır. Həm avokado, həm də kokos yağı dərini nəmləndirib qidalandırır.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 7 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri