Dəri sallanmasının qarşısını alan təbii tonik

Müəllif: emis
Şərhlər: 4
Baxılıb: 4 579
Səs ver:
(səs: 1)
Tonik dərini təmizləyən, möhkəmləndirən və yaşlılıq əlamətlərinin qarşısını alan, xüsusilə də dəri sallanmasına yaxşı təsir edən vasitədir və onu ev şəraitində hazırlamaq mümkündür.

1. Aleo vera (əzvay) şirəsi
Mütəxəssislər əzvay şirəsinin məsamələri daraltdığını bildirirlər. Yatmazdan öncə 1 çay qaşığı əzvay şirəsini eyni miqdarda su ilə qarışdırıb, pambığa töküb üzünüzü silin. Əzvayı nəmləndirici kremlə qarışdırıb dərinizə çəkmək də eyni effekti verir.

2. Yaşıl çay
Yaşıl çayın sağlamlığımız üçün nə qədər faydalı olduğunu artıq hamımız bilirik. Bu möcüzəli çaydan gözəlliyimizin qayğısına qalmaq üçün də istifadə edə bilərik. Yaşıl çayı dəmləyib süzün və üzünüzü bu çayla silin. Bir çox bahalı tonikdən daha yaxşı təsir edəcək.

3. Alma sirkəsi
Alma sirkəsi məsamələri daraldır, dərini dərindən təmizləyir. 1 çay qaşığı alma sirkəsini bir neçə ədəd nanə yarpağının üstünə töküb 2 gün saxlayın. Daha sonra sirkəni süzüb pambığı bu qarışığa bulayıb üzünüzü silin.

4. Gülab
Gülab dərini möhkəmləndirir, ətraf mühitin təsirlərinə qarşı qalxan funksiyası daşıyır. Həmçinin dəridəki qızartı və qıcıqlanmalar üçün də təsirli vasitədir. Səhər və axşam olmaqla, gündə 2 dəfə pambıqla üzünüzə gülab çəkin. Dərinizin gündən-günə gözəlləşdiyini hiss edəcəksiniz.

5. Buzlu su
Üzünüzü buzlu su ilə silin. Qəlibdən çıxartdığınız buz ilə üzünüzü masaj edə bilərsiniz. Bu məsamələri daraldır, dərini möhkəmləndirir, dərinin sallanmasının qarşısını alır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri