Payızda dərinizin rəngini qorumaq istəyirsinizsə, bunlara əməl edin!

Müəllif: emis
Şərhlər: 7
Baxılıb: 2 697
Səs ver:
(səs: 2)
Yəqin ki, bu tətildən istifadə edib bol günəş enerjisi qəbul etdiniz. Başqa sözlə, dəriniz istədiyiniz rəngi alana kimi günəşin altında yatdınız. Təəssüf ki, payız aylarında dərinizin rəngi açılacaq və əvvəlki vəziyyətinə qayıdacaq. Bəs zəhmətinizin hədər getməməsi, payız aylarında da dərinizin istədiyiniz rəngdə qalması üçün nə etməlisiniz?

1. Günəşin dəridə yaratdığı qaraldıcı effektin uzunmüddətli olması üçün gün ərzində bol-bol su için. Su dərinin nəm balansını qoruyur. Beləliklə, dəri soyulmur və uzun müddət olduğu rəngdə qalır.

2. Nəmləndirici kremlərdən istifadə edin. Bu da dərinin soyulmasının qarşısını alan üsullardan biridir.

3. Soyuq su ilə yuyunun. İsti su ilə yuyunmaq dərini qurudur və soyulmasına səbəb olur.

4. Dərinizin rənginin tez açılmasını istəmirsinizsə, yediyiniz qidalara da diqqət etməlisiniz. Sağlam qidalanmaq əsas şərtlərdən biridir. Həmçinin tərkibində A və D vitamini olan yerkökü, qırmızı bibər, ərik kimi qidaları süfrənizdən əskik etməyin. Bu qidalar dərinin rəngini uzun müddət mühafizə edəcək.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 697
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri