Tülin Şahindən dəriyə qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 901
Səs ver:
(səs: 2)
Türkiyəli model və gözəllik məsləhətçisi Tülin Şahin dəriyə qulluq qaydalarından danışıb.
 
Tülin Şahinin üç fərqli dəri tipi üçün verdiyi məsləhətləri təqdim edirik:

Quru dəri:
Tülin Şahinin sözlərinə görə, quru dəri daha tez qocalır.

"Odur ki, belə dərini vaxtında nəmləndirmək vacibdir. Tərkibində təbii yağlar olan nəmləndirici kremlərə üstünlük verin. Hər gün çoxlu su için, yeməklərdə zeytun yağından istifadə edin”.

Yağlı dəri:
Ən problemli dəri tipi hesab edilsə də, Tülin Şahin yağlı dərinin daha gec yaşlandığını vurğulayır:

"Yağlı dəridə qırışlar daha gec əmələ gəlir. Yağlı dəriyə sahib olan bir çox qadın tərkibində spirt olan tonik və losyonlardan, makiyaj təmizləmə vasitələrindən istifadə edir. Bu tamamilə yanlışdır. Əsla belə məhsullardan istifadə etməyin. Bu məhsullar dərinin daha çox yağlanmasına və sızanaqların çoxalmasına səbəb ola bilər. Üz təmizləmə gellərindən və ya köpüklərdən istifadə edin. Tərkibində spirt olan heç nəyi üzünüzə vurmayın. Yağlı və ədviyyatlı qidaları menyunuzdan çıxarın”.

Qarışıq dəri tipi:
Tülin Şahinin sözlərinə görə, belə dəriyə qulluq etmək nisbətən çətindir.

"Çünki T nahiyəsi yağlı olduğu halda, yanaqlarda quruluq hiss edilir. Kreminizi, tonikinizi, losyonunuzu ev şəraitində hazırlayın. T nahiyəsinə yağlılığı azaldan krem çəkdiyiniz halda, yanaqlara nəm balansını qoruya biləcək kremlər çəkin”.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 901
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri