Dərinizi cavanlaşdırın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 350
Səs ver:
(səs: 2)
Həftədə 2-3 dəfə üzünüzü gəncləşdirən maskalardan istifadə edin. Gözəl dəriyə sahib olmaq üçün aşağıdakı reseptlərdən seçin.
   
Yulaf maskası
3-4 x.q. yulaf lopalasını qaynar süd (yulafı islada bilən miqdarda) və ya qaymağın içərisinə töküb qarışdırırıq. Alınmış kütləni üzümüzə çəkirik. 15-20 dəqiqə saxlayırıq. Sonra isti su ilə yuyuruq. Bu maska quru, çatlamış və kobud dərini yumşaldacaq.

Kefir maskası
Bunun üçün 100-200 ml yağlı kefir (qatıq və ya xama) lazımdır. 15-20 dəqiqə ərzində bir neçə dəfə onu üzümüzə çəkirik. Sonra isti su ilə yuyuruq. Qeyd: əgər yüksək yağlılığı olan xama və ya qaymaq seçmişiksə onu üzümüzə 1 dəfə, qalın qatla çəkib, 10-15 dəqiqə saxlayırıq.

Kəsmik maskası
2 x.q. kəsmik, 2 x.q. yerkökü şirəsi, 2x.q. zeytun yağı, 2 x.q. süd götürürük. Yaxşıca qarışdırırıq. Sonra qalın qat şəklində üzümüzə çəkirik. 15 dəqiqə saxladıqdan sonra isti su ilə yuyuruq.

Bal maskası
2 x.q. balı 1 x.q. yulaf yarması ilə qarışdırıb, 2 ç.q. süd əlavə edirik. Qarışığı üzümüzə çəkib 15-20 dəqiqə gözləyirik. Qeyd: bu maska bala allergiyası olanlara əks təsir göstərir.

Banan maskası
Orta ölçülü banan götürüb əzirik və 1 ç.q. qidalandırıcı krem, 1 ç.q. zeytun yağı, ½ ç.q. limon şirəsi əlavə edib, yaxşıca qarışdırırıq. 15-20 dəqiqə üzümüzə çəkib, sonra isti su ilə yuyuruq.
 
Lamiyə İsgəndərli
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri