Orqanizmin qocalması təbii prosesdir. Bu prosesi dayandırmaq mümkün olmasa da, xeyli ləngitmək mümkündür.
Qadınları ən çox narahat edən problemlərdən biri üz dərisinin qocalmasıdır.
Oxucularımıza dərinin qocalmasını ləngidən ən effektli maddələr haqqında məlumat vermək istərdik.
- Antioksidantlar
Ən tanınmış antioksidantlar E və C vitaminləridir. Bu vitaminlər
hüceyrə səviyyəsində orqanizmin qocalmasını ləngidir. Dərinin
cavanlığını saxlamaq üçün qadın həm bu vitaminlərlə zəngin olan qidaları
yeməli, həm də tərkibində bu vitaminlər olan kremləri, maskaları
istifadə etməlidir.
Ev şəraitində E vitamini damcılar şəklində (apteklərdə satılır) kremlərə və maskalara əlavə etmək olar.
Dərimiz üçün ən faydalı məhsul zeytun yağıdır. Bu yağ E vitamini,
Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir. Əksər kosmetoloqlar məhz
zeytun yağını üz dərisi üç ən faydalı hesab edir və maskalara əlavə
edirlər. Həmçinin yaxşı keyfiyyətli zeytun yağını üz dərisinə krem kimi
çəkmək olar.
- A vitamini (retinol)
Bu vitamin kiçik qırışları hamarlayır, dərinin rəngini yaxşılaşdırır,
piqment ləkələri azaldır, dərini nəmləndirir. Retinol bir çox
cavanlaşdırıcı kremlərə və maskalara daxil edilir.
A vitamini damcılar şəklində evdə hazırlanan kosmetik maskalara əlavə etmək olar.
- Coenzym (koenzim) Q10
Bu maddə hüceyrələrin yenilənməsində, dərimizi dartılmış və cavan edən
kollaqenin yaranmasında iştirak edir. 25 yaşından sonra kollagenin
orqanizmdə yaranması ləngiyir, dəri tədricən öz elastikliyini itirir,
sallanmağa başlayır. Tərkibində Coenzym Q10 maddəsi olan kremlərdən
istifadə edin.
- Hialuron turşusu
Bu maddə tibdə və kosmetologiyada çox geniş istifadə olunur. Hialuron turşusu cavanlaşdırıcı təsirə malikdir.
Bu maddə bizim orqanizmdə yaranır və dərinin təbii nəmləndirməsini
təmin edir. 25 yaşından sonra hialuron turşusunun orqanizmdə yaranması
azalır ki, nəticədə dəri qurumağa başlayır, qırışlar yaranır.
Hal hazırda hialuron turşusu suni olaraq sintez olunur və dəriyə
yeridilir. Cavanlaşdırıcı effekt praktik olaraq dərhal görünür.
- Peptidlər
Bu aminturşular birləşmələri dərinin elastikliyini qoruyur və dərini
nəmləndirir. Peptidlər cavanlaşdırıcı kremlərə daxil edilir və çox yaxşı
effekt verir. Belə kremlər həmçinin "botoks effektli" kremlər kimi
tanınır.
- Adi su
Bu ən ucuz və eyni zamanda effektli vasitədir. Müasir insanlar daha az
təmiz su içir. Bu isə dərinin vaxtından tez qocalmasına səbəb olur. Hər
gün acqarına 1 stəkan təmiz su için. Gün ərzində isə təxminən 2 l su
için (buna əks göstərişlər yoxdursa). Suyu az-az (1/3-1/2 stəkan) və
daha tez-tez için. Bir müddətdən sonra siz dərinin vəziyyətinin
yaxşılaşmasını hiss edəcəksiniz.